SON XƏBƏRLƏR

Məhəmməd Əlbəradeyinin Tehrana son çağrışı

2021.10.20, 07:36
Məhəmməd Əlbəradeyinin Tehrana son çağrışı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd El-Baradey vəzifəsini tərk etməsinə bir neçə gün qalarkən, İranı nüvə proqramı ətrafında mübahisəni həll etmək üçün beynəlxalq birliyin son təklifini qəbul etməyə çağırıb. O deyib ki, İran uranının xaricdə emalını və sonra mülki istifadə üçün geri qaytarılmasını nəzərdə tutan plan razılıq üçün unikal, lakin əldən çıxa bilən imkan yaradır. Məsələ ilə bağlı hazırda 6 əsas dövlət Brüsseldə danışıqlar aparır. Lakin El-Baradey danışıqların "ümidsizlik" şəraitində keçdiyini deyir. "İran beynəlxalq birliklə dialoqa girməlidir. Ölkə bu zaman ticarət, texnologiya sahələrində çox şey qazanar. Beynəlxalq birlik də İranla münasibətləri normallaşdırmaqdan çox böyük mənfəət əldə edər. Mənim fikrimcə, İran Yaxın Şərq və Əfqanıstanda sabitliyə aparan qapıdır. Eyni sözü Livan və Fələstin haqda demək olar. Bundan hamı udar.Bu imkandan istifadə etməsək, bu çox dərin təəssüf doğuran hal olar." Bu arada, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Təbrizə gəlib. O burada İran prezidenti Mahmud Əhmədinejadla nüvə məsələsinə dair danışıqlar aparır. Türkiyə İrana zənginləşdirilmiş uranı öz ərazisində saxlamağı təklif edib.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar