SON XƏBƏRLƏR

Ruslan İzzətli: Bizlər Bütöv Azərbaycan ideologiyasının ətrafında birləşib, bu yöndə işlər görməliyik (MÜSAHİBƏ)

2021.10.20, 07:36
Ruslan İzzətli: Bizlər Bütöv Azərbaycan ideologiyasının ətrafında birləşib, bu yöndə işlər görməliyik (MÜSAHİBƏ)

Gunaz.tv
Bu gün Azərbaycanda bir neçə gənclər təşkilatı var ki, onlar Azərbaycanın bütövləşməsi və birliyi üçün ciddi cəhdlə çalışırlar. Belə qurumlardan biridə Bütöv Azərbaycan Gənclər Təşkilatıdır. Təşkilat yarandığı vaxtdan indiyə kimi bir neçə ideoloji sahədə işlər görüb və hazırda fəaliyyətini uğurla davam etdirməkdədir. Beləliklə həm təşkilatın fəaliyyəti haqqında, həmdə gənclərimizi maraqlandıran sualların cavabını almaq üçün təşkilatın başqanı Ruslan İzzətlinin GÜNAZ.TV Mətbuat Xidmətinə verdiyi müsahibəsini sizlərə təqdim edirik. - Ruslan bəy xöş gördük Sizi! Təşkilat nə vaxt yaranıb və indiyə kimi hansı işləri görüb - Salam Elnur bəy. Təşkilat 24 fevral 2009-cu ildə yaranıb. 9 aydır fəaliyyət göstərir. Bu vaxt ərzində təşkilat bir çox tədbirlər keçirib. Tədbirlərimizin əsas məqsədi gənclər arasında Bütöv Azərbaycan ideologiyasını hakim ideologiyaya çevirməkdir. Nəzərə alsaq ki, qonşu düşmən ölkə Ermənisatanda “Böyük Ermənistan” ideologiyası hakimdir və hər bir şəxs bu ideologiyanın ətrafında birləşib. Amma çox təəssüflər ki, bu gün torpaqlarının çox bir hissəsini itirmiş Azərbaycan türkündə vahid bir ideologiya yoxdur. Ona görə bizlər Bütöv Azərbaycan ideologiyasının ətrafında birləşib, bu yöndə işlər görməliyik. - Daxildə və xaricdə fəaliyyəti göstərən qurumlarla əlaqələriniz varmı? - Təəssüflər ki,bu yöndə fəaliyyət göstərən qurumlar azdır. Amma hər bir təşkilatla əlaqə qurmağa və birlikdə işlər görməyə çalışırıq. Əsas məqsədimiz Güney Azərbaycanda fəaliyyət göstərən təşkilatlarla əlaqə qurmaqdır. Düzdür, orda fəaliyyətçətindir,amma nə qədər də qadağalar olsa da fəaliyyət var. Biz istəyirik Güneyli, Quzeyli gənclər bir yerdə bu yöndəişlər görsün. - Güney Azərbaycan gedən proseslər haqqında fikirlərinizi bilmək maraqlı olardı. - Millət,torpaq parçalandığı gündən bu günə kimi birləşməli uğrunda müəyyən işlər görülüb. Sadəcə bu prosseslər müəyyən dövrdə daha sürətli olub,müəyyən dövrlər isə səngiyib. Amma əsas odur ki, hərəkat sönməyib, davam edir. Bu gün Güneydə hərəkat son 20 ildən fərqli olaraq inkişaf edir. Bunun bariz nümunəsi kimi bu il keçirilən prezident seçkilərini göstərə bilərik. Əhməd Nejad rejimi 1979-cu ildən bu günə kimi ən qəddar bir rejimdir. Amma hərəkatın inkişaf tarixinə baxsaq millət Əhməd Nejad dövründə daha fəal olub, nəyinki digər dövrlərdə. Bu da onu göstərir ki, millət nə qədər sıxılırsa o qədər aqressiv olur. İnanıram ki, Millət olaraq birləşib farsın köləsindən azad olacağıq. - Bu gün Azərbaycan gəncliyinin milli-ideoloji düşüncəsi sizi qane edirmi? - Bu qədər torpağı işğal altında olan gəncliyi bu səviyyədə görmək təbii ki, məni qane etmir. Bu gün türk gəncliyi olaraq daha fəal olmalı, haqqımızı beynəlxalq arenaya çatdırmağa çalışmalıyıq. Mən daha çox gəncliyi yox, ziyalıları qınayıram. Bu gün həqiqi ziyalı dediyimiz şəxslər azdır. Bir növ bu faktor da gəncliyimizin milli yönümdə yetişməsinə təsir edir. Təəssüflər ki, bu gün bizdə ideoloji əsərlər, kitabların sayı azdır. Amma SSRİ dövrünə nəzər salsaq ideoloji kitabların sayının çoxluq təşkil etdiyini görərik. Bu da o dövrün ideologiyasını cəmiyyətdə hakim olmasına xidmət edirdi. Bizdə isə bu gün bu yöndə işlər çox zəifdir. Gənclərimizin milli ideoloji yönümdə yetişməsində belə işlər çox vacibdir. - Qarşıda hansı tədbirləri keçirməyi düşünürsünüz? - Əsasən milli-ideoloji tədbirlər keçirməyi üstünlük veririk. Çünki, gənclər bu yöndə maariflənməlidirlər. Təşkilat olaraq region gəncləri ilə əlaqə qurmağa çalışırıq. Bu gün təşkilatın Ağcabədi, Bərdə,Tovuz şəhərlərində şöbələri var. Çalışırıq digər rayonlarda da şöbələrimiz açılsın və gənclərlə əlaqələrimiz intensivləşsin. Təşkilat olaraq Bütöv Azərbaycan ideologiyasının ətrafında ümumrespublika gənclərini birləşdirməyə çalışırıq. Bunun üçün isə, region gəncləri ilə fəal şəkildə işləmək lazımdır. İnanıram ki, tez bir zamanda Bütöv Azərbaycan ideologiyası cəmiyyətimizdə hakim ideologiya olacaq. - Ruslan bəy Sizə gələcək fəaliyyətlərinizdə uğurlar azru edirik. - Çox sağ olun, sizə də işlərinizdə uğurlar arzu edirəm.. Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar