SON XƏBƏRLƏR

Təbrizdə iki fəal öyrənci həbs edilib

2021.10.20, 07:36
Təbrizdə iki fəal öyrənci həbs edilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Təbriz Azad İslam Universitetinin öyrənci fəalları Rəsul Alinejad və Behruz Fəridi həbs edilib. Adını çəkdiyimiz iki fəal öyrəncinin saxlanması İran prezidenti Mahmud Əhmədinejadın Təbrizə səfərindən bir gün əvvələ təsadüf edib. onların tutuqlanması haqqında heç bir məlumat olmayıb. Ancaq onlar dünən norabrın 19-da evlərinə zəng edib və ETTELAAT-da saxlanıldıqlarını bildiriblər. Qeyd edək ki dünən Əhmədinejadın Şərqi Azərbaycan əyalətinə səfəri zamanı Təbrizin küçə və meydanlarında polis nəzarəti gücləndirilib, mobil telefonların və internet saytlarının işində problemlər yaranıb. Şəhər nəzarətdən çıxmasın deyə siyasi sahədə fəal olan bir çox şəxslərə xəbərdarlıq edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar