SON XƏBƏRLƏR

Şirin İbadi ETTELAAT tərəfindən ölümlə təhdid edildiyini bildirib

2021.10.20, 07:36
Şirin İbadi ETTELAAT tərəfindən ölümlə təhdid edildiyini bildirib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, əslən Azərbaycan türkü olan İranlı hüquq müdafiəçisi, sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadi noyabrın 19-da “Azadlıq” radiosunun fars redaksiyasına açıqlama verib. hazırda xaricdə yaşayan Şirin İbadi Kəşfiyyat İşləri üzrə Nazirliyin (ETTELAAT) onu ölümlə təhdid etdiyini deyib: “Dəfələrlə həyat yoldaşıma və ailəmin digər üzvlərinə deyiblər ki, dünyanın harasında olsam da, təhlükəsiz deyiləm, istədikləri vaxt məni ortadan götürəcəklər”. Xanım İbadi Tehranda yaşayan həyat yoldaşının ciddi və ardıcıl təzyiqlərə məruz qaldığını, qaldığı mənzildə tez-tez yoxlamalar aparıldığını bildirib: “Təhlükəsizlik əməkdaşları hətta həyat yoldaşımın seyfində saxlanan Nobel medalını, söz azadlığı üzüyünü, qazandığım digər mükafatları müsadirə edərək özləri ilə aparıblar”. Şirin İbadi rəsmilərin ona qarşı qəzəbinin səbəbinə aydınlıq gətirib: “Onlar beynəlxalq qurumlara İranda insan haqlarının acınacaqlı durumu ilə əlaqədar hesabatlarımdan və çıxışlarımdan narahatdırlar. Elə buna görə də bu kimi hərəkətlərlə mənə təzyiq etmək istəyirlər”.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar