SON XƏBƏRLƏR

3 milli-mədəni fəalın mühakiməsi keçirilib

2021.10.20, 07:36
3 milli-mədəni fəalın mühakiməsi keçirilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, 3 milli-mədəni fəal Cəmişid Zarei, Vəhid Şəyx Beyglu və Nima Puryəqubun məhkəməsi keçirilib. Noyabr ayının 10-da Təbriz şəhərinin İnqilab Məhkəməsində onların ittihamına baxılıb. Məhkəmə iclası Hakim Bayatın sədriliyi ilə keçirilib. Adını çəkdiyimiz fəallar təxminən bir il öncə Təbriz universiteti tələbələrinin həbsxanadan çıxdıqları gün tutuqlanıblar. Onlar həbsxanadan çıxmış tələbələri qarşılamaq üçün Təbriz Zindanının qarşısına gedirlər və elə orda da tutuqlanirlar. Bir neçə saat sonra buraxılsalarda bir müddət sonra Cəmişid Zarei, Vəhid Şəyx Beyglu ETTELAAT (İran Kəşfiyat Nazirliyi) tərəfindən təkrar yaxalanır. Cəmişid Zarei 9 gün və Vəhid Şəyx Beyglu isə 49 gün saxlanıldıqdan sonra mülki vəsiqə girov qoyaraq müvəqqəti şəkildə azadlığa buraxılırlar. Bu fəalların ittihamı "Milli təhlükəsizliyin əleyhinə işləmək" və "içtmai asayişi pozmaq"-dan ibarət olub. hakim bu ittihamları zindanın qarşısında, zindan məmurları ilə azad olunmuş məhbusları qarşılayanların arasında olan qarşıdurma ilə əsaslandırıb. Qeyd edək ki Cəmişid Zarei keçən il 22 may milli qiyamın il dönümü mərasiminə qatılmaq üçün, apardığı təbliğat iddiası ilə tutulduqdan sonra 6 ay şərti həbs cəzasına məhkum edilib. Apelyasiya məhkəməsi hökmə nəzər salıb və hökm öz təsdiqini tapıb. Hazırda hökmün icrası gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar