SON XƏBƏRLƏR

Təbriz əhalisi Əhmədinəjadı necə qarşıladı?!

2021.10.20, 07:36
Təbriz əhalisi Əhmədinəjadı necə qarşıladı?!

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran Prezidenti Mahmud Əhmədinəjad dünən noyabrın 19-da Güney Azərbaycanın siyasi mərkəzi olan Təbriz şəhərinə səfər edib. Əhmədinəjadın qarşılama komitəsinin sədri öncədən bildirmişdi ki Təbrizdə ən azı 100 min nəfər Əhmədinəjadı qarşılayacaq. Ancaq bu öngörü özünü doğrutmadı. Təbrizin Bağşimal stadionunda çıxış edən Əhmədinəjad, qarşısında təxminən 8-10 min nəfər insan görə bilib. Nəzərə alsaq ki toplaşan vətəndaşlar başqa bölgələrdən pulsuz avtobuslar gətirilib və onlar üçün pulsuz yemək və vəsait nəzərdə tutulub. Bununla yanaşı toplaşanların əsas hissəsi tələbə, bəsic və hökümət işçiləridir, onda aydın olar ki könüllü şəkildə Əhmədinəjadı qarşılayanlar yox dərəcəsində olub. Daha diqqətə layiq məqam bundan ibarətdir ki Azərbaycan Türkləri müxalifətçi kimi tanınan yaşıl hərəkatla bağlı da heç bir şüar dilə gətirməyiblər. bu Azərbaycan türkünün hər iki düşərgədən uzaq ancaq milli istəkləri ətrafında düşündüyünü göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar