SON XƏBƏRLƏR

Ağ Ev İrana qarşı yeni tədbirlər hazırlayır

2021.10.20, 07:36
Ağ Ev İrana qarşı yeni tədbirlər hazırlayır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Amerika Birləşmiş Ştatları İranin rədd cavabına qarşılıq olaraq yeni tədbirlər üzərində iş aparır. Prezident Obama yeni tədbirlərə dair Amerika-nin beynəlxalq müzakirələrə başladığını bildirib. O əlavə edib ki İrana məhdudiyyətsiz möhlət vermək mümkün deyil. Rusiya İrana qarşı sanksiyalardan danışmağın hələ tez olduğunu bildirsə də Tehrana beynəlxalq birliyin ciddi münasibətini göstərmək üçün növbəti həftələrdə potensial addımların siyahısı tərtib olunacaq. Xatırladaq ki İranın son mövqeyini ölkənin Xarici İşlər Naziri cənab Mottəki bildirib o iki gün öncə bəyan etmişdi ki zənginləşdirilmiş uranı xaricə göndərib, əvəzində mülki nüvə yanacağı almaq təklifi İran üçün qəbul edilməzdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar