SON XƏBƏRLƏR

Əhmədinəjadın Təbrizə səfəri ərəfəsində, bu şəhərdə İnternet şəbəkəsi kəsilib

2021.10.20, 07:36
Əhmədinəjadın Təbrizə səfəri ərəfəsində, bu şəhərdə İnternet şəbəkəsi kəsilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran Prezidenti Mahmud Əhmədinəjadın Güney Azərbaycanın siyasi mərkəzi olan Təbriz şəhərinə səfəri ərəfəsində bu şəhərin əksər məhəllələrində (rayonlarında) İnternet şəbəkəsi kəsilib vəya işləmə rejimində qarışıqlıq yaranıb. Şərhçilərin fikricə Təbriz əhalisindən olan Azərbaycan türkü Doktor Purəndərcaninin şəhid olduğundan sonra Təbriz əhalisi bu hadisədən həddindən artıq təsirlənib Və şəhərin ümumi vəziyət bir kütləvi etiraza hazır görünür. Bununla yanaşı Təbrizdə Əhmədinəjadın gəlişinə kütləvi etiraz olsun deyə çoxlu bildirişlər yayılıb. İnternet vasitəsi ilə də etiraz aksiyasına çağırışlar olub. Belə nəzərə gəlir ki İnternet xidmətində yaradılan problem etiraz aksiyasini önləmək məqsədi daşıyır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar