SON XƏBƏRLƏR

Anaxanım Hüseynova: Güney Azərbaycanın azadlığı məsələsində Siyasətçilərimizə çox ümidliyəm (MÜSAHİBƏ)

2021.10.20, 07:36
Anaxanım Hüseynova: Güney Azərbaycanın azadlığı məsələsində Siyasətçilərimizə çox ümidliyəm (MÜSAHİBƏ)

Gunaz.tv
Bu gün Avropada Azərbaycanın ən fəal qadın diaspor qurumlarından olan Danimarka- Azərbaycan-Türk Qadınlar Birliyi aktivliyi ilə seçilir. Qurum Danimarkanın içtimai-siyasi və mədəni dairələrinə inteqrasiya uğrunda güclü işlər görür. Bu yaxınlarda birliyin təşəbbüsü ilə mədəni tədbirlər keçirilib. Həm bu haqda və həmdə oxucularımızı maraqlandıran digər sualların cavabını almaq üçün Danimarka- Azərbaycan - Türk Qadınlar Birliyinin başqanı, hazırda Danimarkada yaşayan Anaxanım Hüseynova GÜNAZ.TV Mətbuat Xidmətinə verdiyi müsahibəsini təqdim edirik. - Anaxanım xanım xöş gördük Sizi! Azərbaycan-Türk Qadınlar Birliyi nə vaxt yaranıb və yarandığı vaxtdan indiyə kimi hansı işləri görüb. Bu haqda oxucularımıza məlumat verərdiniz. - Xöş gördük! Əvvəla sizə onu bildirimki, Günaz.TV Mətbuat Xidmətinə müsahibə vermək mənim üçün nə qədər xoşdur. Cünki, Günaz. TV –yə, hər kəsdə böyük maraq var elə bilinki bu TV proqramı hər kəsin yaralı yerinə bir məlhəmdir. Buna görədə Günaz. TV yaradıcısı Əhməd Obalıya öz təşəkkürlərimi bildirirəm onun bu TV-nin yaranmasında çox böyük xidmətləri olduğunu bilirik. Danimarka Azərbaycan Türk Qadınlar Birliyinin yaranma tarixi o qədərdə çox deyil ancaq bu az müddət ərzində demək olarki, bir cox tədbirlər keçirmişik. Onuda bildirmək istərdimki, bizə DATQ-birliyinin yarandıqdan sonrakı fəaliyyətlərində Koge şəhər icra başcisi millət vəkili Marie Stærkin, xarici vətəndaşlara mənəvi yardım komitəsinin sədri Karstn Wilmisin və Turk bələdiyyəsi Ataturk dərnəyinin sədri Vəli bəy Incenin çox böyük köməklikləri keçmişdir. Oxucuların nəzərinə onuda çatdırmaq istərdimki bizim gördüyümiz işlər barədə bizim yeni açılan saytımızdan məlumatlar ala bilərlər. Bu bizim saytin ünvanı www.bizimyol.net - Bir neçə gün bundan öncə birliyin təşəbbüsü ilə “Azərbaycan Gecələri” keçirilib və tədbirdə kimlər iştirak edirdi? -Bəli demək istərdimki, Azərbaycandan gəlmiş gözəl bir müğənni qonaqımız vardı Ziyafət xanım Yaqubova. Ona görədə Danimarkanın üç şəhərində möhtəşəm “Azərbaycan Gecəsi” adıyla tədbir keçirib konsertlər verdik. İlk “Azərbaycan Gecəsi” konsert proqramı Danimarkanın Århus şəhərində Kərim bəy Urumlunun köməkliyi nəticəsində oldu. İkinci “Azərbaycan Gecəsi”adlı tədbirimiz Kopenhagen şəhərində Güney Azərbaycanlıları ilə oldu bu, tədbirdə Azərbaycan “Vətən” cəmiyyətinin sədri Səfər bəyin köməkliyi ilə oldu. Nəhayyət ki, üçüncü tədbirimiz isə Danimarka Azərbaycan Türk Qadınlar Birliyinin təşkilatciliğ ilə Koge şəhərində “Türk Azərbaycan Gecəsi”proqramıyla tədbirimiz oldu, bu tədbirdə Millət Vəkili Marie Stærke şəxsən Koge bələdiyyəsi adından çixiş etdi belə tədbirlərin keçirilməsini çox yüksək dərəcədə qiymətləndirdi, onda Azərbaycana qarşı böyük maraq yarandığını öz çıxışlarında bildirdi. Gələcəkdə də belə tədbirlərin təşkilinin vacib olmasını vurğuladı O, cümlədən qonaqlarımız arasında türk diasor cəmiyyətlərindən gələnlərdə vardı. - Danimarkada fəaliyyət göstərən digər diaspor qurumları ilə əlaqələriniz varmı? - Əlbətdə! Əlaqəsiz bu işlərdə calişmaq olmaz. Mütləqa birlik olmalıdir. - Bildiyimiz qədər Danimarkanın içtimai-siyasi idarələri keçirdiyiniz hər bir tədbirə böyük maraq göstərirlər və maraqlı olardı ki, Danimarka içtimai-siyasi mühütündə Azərbaycanla bağlı təsəvvürlər neçədir? -Sizə deyimki bizlər bura gəldiyimiz zamanlar bizə çox ağır gəlirdi, soruşduqlarındakı hardansız hər zamankı kimi fəxrlə deyirdik ki, Azərbaycandan ancaq çox əfsuslər olsunki, Azərbaycan haqqında məlumatları olmadıqlarını söyləyirdilər. İndi isə istər içtimai cəhətdən istərsə də siyasi cəhətdən Azərbaycan haqqında çox təsəvvürə malikdilər. Hətta indi Danimarkada çox gənc ailələr varkı iş adamlarıdır. Yuxarıda qeyd etdiyim kimi Danimarkalılarda bir çox tədbirlərimizdə iştirak edirlər nə zaman Azərbaycanla bağlı hansı tədbiri keçirmək istədiyimizdə özləridə bizə yardımçi olurlar. Baxmayaraqki Diaspora Az-dan bir kərədə olsun maraqlanıb soruşmayıblarki siz orda Azərbaycan diasporası yaradırsız bəlkə nə isə gəriyinizdir. Axı, bizim etdiyimiz Azərbaycan üçündür. Keçənlərdə böyük bir festival gecəsində Danimarka bələdiyyəsinin izini ilə Azərbaycan Türk kültür gecəsi keçirdik həmin kültür gecəsində dedilərki, Azərbaycanın milli geyimlərindən nələrsə olmalıdır inanın ki, heç bir şey tapmadıq. Bizim Azərbaycandakı diasporamız bunlarla maraqlanıb bizlərə Azərbaycanın xaricə çixişi üçün olan tarixi kitablarından,işğal olunmuş torpaqlarımız haqqında CD-lər. Azərbaycanın kültür gecələrin keçirmək üçün milli geyimlərindən və Azərbaycanın hər zaman yüksəklərdə duran bayraqlarından göndərmiş olarlarsa cəmiyyətmiz adından buna çox sevinərik. - Bir neçə il bundan öncə, Danimarka qəzetlərində Həzrəti Məhəmməd Peyğəmbəri təhqir edici karikaturlar verilmişdir. Belə hadisələrin baş verməsi bir müsəlman olaraq işlərinizə maneçiliklər yaratmır ki? -Məncə bele bir kalikaturanın çəkilməsini Danimarkalilar özləridə yaxşı qarşılamadı. Səviyyəli insanlar hər zaman dinindən, millətindən asılı olmayaraq yanımızda oldular. Əslində biz oturub öz aramızda söhbətlər apardığıməz zaman onlar deyirki sizlər böyük bir tərbiyyə yə malik olan insanlarsız. Karstin Wilmis xüsusən bizlərin yüksək səviyyədə tərbiyyəli mədəni olduğunu tez-tez vurğulayır. (yəqinki oda yabancılarla çox işlədiyindən belə qərara gəlir). - Qurum Dünya Azərbaycanlılarının çox hissəsinin yaşadığı Güney Azərbaycan məsələsi ilə baxışı nədən ibarətdir? - Bilirsiz bu siyasi sual olduğu üçün onu nəzəriniz çatdırımki mən siyasi məsələlərdən biraz uzağam,sadəcə onu deyə bilərəmki, əgər 35 milyonluq Azərbaycanlının yaşadığı bir ölkədə Azərbaycan dilində bir məktəb yoxdursa deməkki, o ölkənin siyasəti fars şovinizimi çox güclüdür. İnşalla böyük siyasətçilərimizə ümid varıq ki, necə lazımsa bu, məsələləri həll edib Güney Azərbaycanlıları farsın əsarətindən qurtaracaqlar. - Ümümiyyətlə bu, məsələ ilə bağlı Danimarka cəmiyyətində təsəvvürlər varmı? - Bəli indi mətbuat, internet vasitələri ilə hər bir məsələləri aydınlaşdırmaq olur. Biz özümüzdə cəmiyyətdə belə məsələləri danışıb maraq yaradırıq. İstər Güney Azərbaycan məsələsi olsun istərsədə Quzey hər zaman Azərbaycan haqqında var səsimizi ucaldib nəyinki Danimarkada hətta bütün dünya mətbuatlarında doğru olanın, eşidib bildiklərimizi yayımlayırıq - Bəs, Ermənistanın işgal etdiyi Dağlıq Qarabağ haqqında məlumatlara malikdirlərmi? -Əlbətdə! Nəyinki işğal edilmiş torpaqlarımız, 20 yanvar şəhidlərimiz, hətta Xocalı faciəmiz, Kəlbəcər, Şuşa, Lacın uğrunda gedən neçə minlərlə dinc insanlarımızın faciəvi şəkildə şəhid olması, itkin düşməsi, yaşlı-cavan, körpə demədən meşələrdə sürgün edilərək əzabla öldürülmələri, bir milyon insanın yurdundan yuvasından didərgin düşmüş köçkünlərimiz haqqında böyük məlumata malikdirlər. - Sonda Anaxanım xanım Sizə öz təşəkkürümüzü bildiririk suallarımızı cavablandırdığınıza görə və gələcək fəaliyyətlərinizdə uğurlar arzu edirik. -Məndə Sizə öz təşəkkürlərimi bildirirəm və gələcək işlərinizdə uğurlar arzulayıram. Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar