SON XƏBƏRLƏR

Fransanın "soyqırım"inkarlığı

2021.10.20, 07:36
Fransanın "soyqırım"inkarlığı

Gunaz.tv
"Erməni soyqırımını" qəbul etməyən 13 yaşlı Mustafa Doğan Fransadakı erməni lobbisinə qarşı mübarizə aparır Məktəb direktoru türk şagirdi dərslərdən uzaqlaşdırıb, ondan qondarma soyqırımı tanımaq tələb olunur Mehmet Doğan: "Fransada "erməni soyqırımı" qəbul etməyənlərin cəzalandırılmasını nəzərdə tutan qanun qəbul olunmayıb" Bir neçə il əvvəl Türkiyədə, Azərbaycanda Fransa əleyhinə keçirilən etiraz aksiyalarını xatırlayırsınızmı? Ötən əsrin ortalarında Afrika ölkələrində, xüsusilə Əlcəzairdə ərəbləri soyqırıma məruz qoyan Fransanın "erməni soyqırımını" tanıması ciddi etirazlara səbəb olmuşdu. Məhz Rusiyanın, Fransanın, İngiltərənin fitvasıyla Osmanlı imperiyasına xəyanət edən ermənilərin təkcə Türkiyədə deyil, şimallı-cənublu Azərbaycanda yüz minlərlə türkü soyqırıma məruz qoyması kimi tarixi faktların unudulmasına çalışılması, əksinə addım atılması Türk Dünyasına qarşı düşmənçilik kimi qəbul olunurdu. Amma Türkiyə, Azərbaycan ictimaiyyətinin etirazları, hətta Avropanın bir sıra təşkilatlarının, elm adamlarının həqiqətləri söyləməsi, eyni zamanda Fransanın ciddi iqtisadi itkilərlə üzləşməsi ("Gaz de Frans"ın Nabucco"ya buraxılmaması, hərbi tenderlərin ləğv olunması) rəsmi Parisin geri çəkilməsinə gətirib çıxardı. Nəticədə rəsmi Paris erməni lobbisinin təsirlərinə baxmayaraq, müəyyən qədər özünün dövlət mövqeyindən çıxış etdi. Artıq neçə ildir ki, "erməni soyqırımının" inkar olunması barədə layihə Senatda təsdiqlənmir, rəsmi Paris Avropa Birliyinin müvafiq qərarına "yalnız beynəlxalq məhkəmənin qərarıyla soyqırım kimi tanınan olayların inkar olunmasının cəzalandırılması" barədə əlavə edib. Amma erməni diasporunun güclü olduğu, Türkiyə əleyhinə mövqeyilə tanınan ölkədə arzuolunmaz hadisələr baş verir. Fransada "erməni soyqırımını" inkar edənləri cəzalandırmağı nəzərdə tutan təklif hələ qanuna çevrilməsə də, fransız məktəbləri "soyqırımı" qəbul etməyən türk şagirdləri cəzalandırmağa başlayıb. Bu günlərdə 13 yaşlı Mustafa Doğan ermənilərə qarşı soyqırım törədilmədiyi fikrində israr etdiyinə görə məktəbdən uzaqlaşdırılıb. Fransız kolleci Mustafaya "soyqırımı" araşdırması və qəbul etməsi üçün iki gün vaxt verib. Tapşırığı yerinə yetirərkən türk saytlarına baxmaması və "soyqırım" şahidlərilə görüşməsi vacib sayılıb. Nancy şəhərində yaşayan Mustafanın tarix müəllimi keçən həftə yazılı imtahanda 1915-ci il hadisələri və "erməni soyqırımı" ilə əlaqədar bir sual verib. Daha əvvəl bu mövzuda sinifdə tarix müəllimiylə mübahisə edən türk şagird əsəbiləşərək, "soyqırım oldusa da, ermənilər buna layiq oldular" deyə yazıb. "Zaman" qəzetinə açıqlamasında Mustafa Doğan daha əvvəl müəllimiylə arasındakı mübahisəyə işarə edərək, "olmadı desəydim, sıfır verəcəkdilər. Bu Brevet (orta məktəbi bitirmə imtahanı) üçün əhəmiyyətli bir imtahan idi"-deyib. Vəziyyəti belə görən məktəb müdirinin müavini dərhal Mustafanın atasını telefonla axtararaq "Uşağının Fransa qanunları qarşısında böyük bir cinayət törətdiyini və dərhal görüşmələrinin lazım olduğunu" bildirib. Ata Mehmet Doğan "Fransada "erməni soyqırımı" qəbul etməyənlərin cəzalandırılmasını nəzərdə tutan bir qanun qəbul olunmayıb"- deyə reaksiya verib. Cavabında müdir müavini "Oğulunuzun bunları hardan öyrəndiyini gördük" deyərək atanı da günahlandırıb. Hadisə ilə bağlı məktəb rəhbərliyi Mustafanı iki gün məktəbdən uzaqlaşdırma cəzası və bu müddətdə "soyqırımı tanımaq" tapşırığı verib. "Osmanlı İmperatorluğının törətdiyi "erməni soyqırımı": İnsanlığa qarşı bir cinayətdir" başlıqlı tapşırıqda Mustafadan "soyqırım"ın "tarixi konteksini araşdırması", "hadisələri (qırğınları, neçə adamın öldüyünü və nələrin baş verdiyini) detallı şəkildə" yazması, "şahidlərlə görüşməsi" və xüsusilə "soyqırımın tanıyan" türklərin fikrinə istinad etməsi tələb olunub. Tapşırığın cavabını hazırlayarkən türk internet saytlarına baxmaması və "Vilkipedia"ya diqqət yetirməsinin lazım olduğu bildirilib. Mustafa bu tapşırığı hazırlayıb noyabrın 16-da yoldaşları qarşısında "erməni soyqırımını" izah etməliymiş. Amma türk şagird tapşırıq yerinə Fransada fəaliyyət göstərən COJEP adlı türk QHT-sinin hazırladığı məktubu müəllimə verib. Tarix müəlliminin "Sənə səhvini düzəlt deyə, bir fürsət verdik. "Soyqırımı" qəbul et"- deyə əsəbiləşdiyini söyləyən Mustafa Doğan müəllimin Fransada soyqırımı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanuna əsaslandığını deyib. Mustafa həmin təklifin hələ də qanun kimi qəbul olunmadığını söyləsə də, müəllimi onu dinləməyib. Xatırladaq ki, Fransa Milli Assambleyası 2001-ci ildə çıxardığı bir qanunla 1915-ci il hadisələrini "soyqırım" kimi tanıyıb. Amma "erməni soyqırımını" tanımayanların cəzalandırılmasına bağlı layihə hələ qanun kimi qəbul olunmayıb. 2006-cı ildə Fransa Milli Assambleyasından keçən qanun təklifi üç ildir ki, Senatın gündəminə çıxarılmır. Nicolas Sarkozi hökuməti bu təklifinin qanun kimi qəbulunu istəmədiyini açıqlayır. Digər tərəfdən, Milli Assambleyanın sədrinin təşəbbüsüylə parlament komissiyasının hazırladığı hesabatda tarixi mövzularda qanun çıxarılmamasını təklif edilib. Amma Mustafa Doğanın üzləşdikləri bəzi fransız məktəblərinin hələ təklif olan "qanunun" əsassız "müddalarının" tətbiqinə keçdiklərini ortaya qoyur. Halbuki rəsmi Paris Avropa Birliyinin yanvar ayında çıxardığı, üzv ölkələrdə soyqırım, müharibə və insanlıq cinayətlərini inkar, ya da təhrif edənləri cəzalandırmağı nəzərdə tutan çərçivə qərarını şərhlə imzalayıb. Həmin şərhdə ancaq beynəlxalq məhkəmənin qərarıyla bu cinayətlərin cəzalandırıla biləcəyini bəyanlayıb. Ata Mehmet Doğan məktəb müdirinin müavinin irqçiliklə günahlandırıb. Oğluna 1915-ci il hadisələrini "soyqırım" olaraq tanı" deyə təzyiq göstərdiklərini vurğulayan Mehmet Doğan müəllimin 13 yaşlı Mustafanı "provokasiyaya çəkməkdə" ittiham edir. "Erməni soyqırımına" inanmadığını və oğlunu dəstəklədiyini açıqlayan Mehmet Doğan "Amma Mustafa "soyqırıma layiq oldular"- deyə yazmasaydı, yaxşı olardı. Kaş ki bu cavabı verməsəydi. Onu əsəbiləşdirmişdilər"-deyə söyləyib. İmtahanda niyə belə bir cavab verdiyini açıqlayacağını, hələ zamanın çatmadığını ifadə edən Mustafa Doğan isə müəllimlərinin 1915-ci il hadisələrini birtərəfli qələmə verdiklərini, hadisələrin əvvəlini izah etmədiklərini bildirib. Müəllimindən "Türkiyədə yaşayan ermənilərin türklərə qarşı müharibədə ruslarla birlikdə olduqlarını niyə izah etmirsiniz?"- deyə soruşan Mustafa Doğan müəlliminin bu faktın dərs proqramında olmamasını əsas göstərdiyini söyləyib. Hadisə ilə bağlı türk təşkilatı COJEP Mustafanın atası və məktəb müdiriylə görüşəcək. "Zaman" qəzeti isə "Jacques Marquette" adına orta məktəbin direktoru Francis Vignolanın fikrini öyrənib. Məktəb direktoru Mustafaya qarşı cəzanı dəstəkləyib və müəllimi müdafiə edib. "Jacques Marquette"nin "dünyəvi dövlət kolleci" olduğuna diqqət çəkən məktəb dirktoru Mustafanın imtahan cavab kağızına "haqq edilmiş soyqırım" yazmasının qəbul edilə bilməyəcəyini açıqlayıb. Müəllimin Mustafaya "soyqırımı qəbul et" -deyə təzyiq göstərdiyini xatırladanda məktəb direktoru "Yalnız Fransa qanunlarını tətbiq etdiklərini" söyləyib. Türk şagirdin dərslərdən uzaqlaşdırılmasının "cəza olmadığını" deyən Vignola tapşırıqda heç bir problem olmadığını və proqrama uyğun olduğunu dilə gətirib.xalqcebhesi.Bayram Alı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar