SON XƏBƏRLƏR

Türkiyədə AKP-nin bağlanması bir daha gündəmə gələ bilər

2021.10.20, 07:36
Türkiyədə AKP-nin bağlanması bir daha gündəmə gələ bilər

Gunaz.tv
GÜNAZ.TV mətbua mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyədə telefon dinləmələri ilə bağlı qalmaqal ölkədə siyasi vəziyyəti gərginləşdirib. Artıq hakim Ədalət və İnkişaf Partiyasının bağlanması ilə bağlı yeni cəhdlərin mümkünlüyü də gündəmdədir. Hökümət nümayəndələri isə hesab edirlər ki, bu ehtimalın reallaşması “ölkənin altını üstünə çevirər”. Türkiyədə son zamanlar müxtəlif istintaq prosesləri çərçivəsində bəzi şəxslərin telefon danışıqlarının dinlənməsi ölkədə əsl qalmaqal yaradıb. İş o yerə çatıb ki, hüquq mühafizə orqanlarının nümayəndələri bir- birinin telefon danışıqlarını dinləyirlər. Türkiyədə məhkəmələr də, prokurorlar da Ədliyyə Nazirliyinin tabeçiliyindədir və həmin nazirlik müfəttişlərinin İstanbulun baş prokurorunun telefon danışıqlarını dinləməsi ölkədə böyük rezonans yaradıb. Ədliyyə Nazirliyi hökümətin bir qolu olduğu üçün baş verənlərlə bağlı hökümətə və hakim Ədalət və İnkişaf Partiyasına qarşı narazılıq bildirilir. Və Türkiyənin Baş prokuroru Abdülrahman Yalçınkayanın göstərişi ilə telefon danıışıqlarının dinlənməsi məsələsinin siyasi partiyalar haqqında qanuna uyğun olub olmaması məsələsinin araşdırıldığı bildirilir. Məhs Baş prokurorun müraciəti əsasında ötən il hakim Ədalət və İnkişaf Partiyasının bağlanması iddiaya Konstitusiya Məhkəməsində baxılmışdı. Bütün bunlar, mətbuatın yazdığına görə, AK partiyanın bağlanması tələbinin yenidən gündəliyə gələ biləcəyi ehtimallarını artırıb. Hökümətin münasibəti Hökümət nümayəndələri məsələni şərh edərkən, telefonların dinlənməsinin müəyyən hallarda qanunla nəzərdə tutulduğunu bildirirlər. Digər tərəfdən, onlar qeyd edirlər ki, telefon dinləmələri hüquq sisteminin daxilində baş verən hadisədir. Lakin daha çox diqqəti cəlb edən məsələ, hakimiyyətin, konkret olaraq Baş nazirin müavini Cəmil Çiçək və digər hökümət üzvlərinin partiyanın bağlanması ilə bağlı hüquqi prosesə start verilərsə, bunun ölkədə ciddi xaosla nəticələnə biləcəyi, ölkənin alt-üst olabiləcəyi ilə bağlı proqnozlarıdır. Bəzi müşahidəçilər bu cür bəyanatları hədə-qorxu kimi dəyərləndirirlər. Bütün bunlar ölkədə müəyyən gərginlik yaradır. Artıq maliyyə birjaları buna reaksiya veriblər, milli valyuta türk lirəsi bir qədər dəyərini itirib.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar