SON XƏBƏRLƏR

İran Prezidenti Türkiyədə yaxşı qarşılanmayıb?!

2021.10.20, 07:36
İran Prezidenti Türkiyədə yaxşı qarşılanmayıb?!

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İki həftə əvvəl İslam Konfransı Təşkilatına (İKT) üzv ölkə başçılarının Türkiyədəki zirvə toplantısına qatılmış İran prezidenti Mahmud Əhmədinejadın bu ölkədə lazımınca qarşılanmadığı barədə iddialar ortaya çıxıb. Bununla bağlı İran mətbuatı ölkə prezidentini fotoşəkillərlə biabır edib. İran Prezidentinin Türkiyədə yaxşı qarşılanmadığına, əsasən iki arqument gətirilir. Arqumentlərdən biri İran prezidentinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı zalda xeyli müddət onu gözlədiyini və dəfələrlə narahat şəkildə dönüb saatına baxdığı bildirilir. İran nümayəndə heyətinin tərkibində İstanbuldakı toplantıya qatılan adamlardan biri isə mediaya açıqlamasında deyib ki, bu iddialar əsassızdır, çünki bu heç də rəsmi səfər deyildi. Onun sözlərinə görə, bu kimi qeyri-rəsmi səfərlərdə qarşılanma mərasimi elə belə də olur və bunu hörmətsizlik saymaq düzgün deyil: "O ki qaldı prezidentlə baş nazirin görüşünə, Ərdoğan əvvəlcə İran prezidenti üçün ayrılmış iqamətgahda onunla görüşmüşdü və onun gəlib yenidən Əhmədinejadla görüşməsi bu görüşün Türkiyə üçün nə qədər önəm daşıdığını göstərir". Ikinci arqument isə İran prezidentinin Türkiyə rəsmiləri tərəfindən qarşılanma məsələsidir. Türkiyəyə gələn Mahmud Əhmədinejadı İstanbul hava limanında bir hərbçinin qarşılaması Əhmədinəjadın kifayət qədər issi qarşılanmaması üçün bir arqument kimi göstərilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar