SON XƏBƏRLƏR

«Sərhədsiz Repartyorlar» təşkilatı növbəti olaraq İranı sərt tənqid edib

2021.10.20, 07:36
«Sərhədsiz Repartyorlar» təşkilatı növbəti olaraq İranı sərt tənqid edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, «Sərhədsiz Repartyorlar» təşkilatı növbəti olaraq İranda söz azadlığı və mətbuat azadlığınına olan təzyiqi məhkum edib. Cari ilin iyun ayında keçirilmış prezident seçkilərinin nəticəsi ilə bağlə baş verən hadisələrdən sonra jurnalistlər hələdə təzyiq altındadır. Onlar tutuqlanır, sorğu-suala çəkilir və həbs olunurlar. Hal hazırda 32 jurnalist və veblaqçı həbsxanada saxlanılır. «Sərhədsiz Repartyorlar» təşkilatı məhbusların və insan haqları müdafiəçilərinin ailəsinə olan təzyiqlərin durdurulmasını tələb edir. «Sərhədsiz Repartyorlar» təşkilatı ölkənin müstəqil jurnalistlərdən təmizlənə biləcəyindən nigarandır. Hazırda KİV-nin qarşısında iki seçim var: 1) süküt 2)aydınlıq, ziyalılıq və öz həmkarlarına zindanlarda qavuşmaq vəya ölkədən qaçmaq. Adını çəkdiyimiz təşkilat bir neçə ziyan görmüş və həbsdə saxlanılan jurnalist və veblaqçının adınıda çəkib. Eko Kordnəsəb, Məzdək Əlinəzəri, Rəhim Qulamı və Nəsrin Studə o cümlədəndir. «Sərhədsiz Repartyorlar» təşkilatı xatırladır ki İran Orta Doğunun (xavərmiyane) jurnalistlər həbsxanasıdır. Bu ölkə hazırda mətbuat azadlığı baxımından dünya üzrə 175 ölkə arasında 172-ci yeri tutur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar