SON XƏBƏRLƏR

Nərgiz Məhəmmədi dünyanın 25 nüfuzlu qadınları sırasında

2023.12.01, 13:19
Nərgiz Məhəmmədi dünyanın 25 nüfuzlu qadınları sırasında

Britanıyanın nüfuzlu “Financial Times” qəzeti Nobel Sülh mükafatı laureatı və hazırda tehranın Evin həbsxanasında saxlanılan Nərgiz Məhəmmədini 2023-cü ilin 25 nüfuzlu qadınından biri elan edib.

Gunaz.tv

Bu barədə qəzet 30 noyabr sayında məlumat yayıb.

Qəzet nüfuzlu qadınlarla bağlı yaydığı məlumatda Nərgiz Məhəmmədini sona çatmaqda olan cari ilin dəyişikliklərində özünə məxsus rolu olan güclü qadın kimi təqdim edib.

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar