SON XƏBƏRLƏR

Təbrizli Həkimin meyiti hüquq mühafizə qüvvələrinə məxsus yataqxanada tapılıb

2021.10.20, 07:36
Təbrizli Həkimin meyiti hüquq mühafizə qüvvələrinə məxsus yataqxanada tapılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, 26 yaşlı təbrizli Gənc həkimin meyiti noyabrın 10-da hüquq mühafizə qüvvələrinə məxsus yataqxanada tapılıb. Gənc həkimin ölümünün Yeni yayılmış xəbəri və onun ölüm səbəbi mərhumun yaxunlarının fikricə təhrif edilib. meyitin tibbi ekspertizaya göndərilmədiyi bir halda Hökumətə məxsus medialarda azərbaycanlı həkimin infarktdan keçindiyi xəbər verilir. Raminin ailəsi və yaxınları isə onun qətlə yetirildiyini vurğulayırlar. Raminin yaxın dostları hüquq müdafiəçilərinə bildiriblər ki, əsgərlik xidmətini həmin zindanda keçirən Ramin builki prezident seçkisinin rəsmi nəticələrinə qarşı aksiyalarda tutulan gənc oğlan və qızların işgəncələrə məruz qalmasının, bəzən qətlə yetirilməsinin şahidi olubmuş. Həmin zindanda işgəncəyə məruz qalmış gənc aksiyaçı Möhsün Ruhuləminini müalicə edən Ramin Purəndərcani sonradan dəfələrlə təzyiqlə üzləşib. Ondan Möhsünün işgəncədən yox, xəstəlikdən öldüyünü bildirməyi tələb edirmişlər. Bildirilir ki, həkim Tehran hüquq mühafizə qüvvələrinin nəzarətində gizli fəaliyyət göstərən “Kəhrizək” zindanında baş verən bir çox cinayətdən xəbərdarmış.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar