SON XƏBƏRLƏR

İran mətbuatı GÜNAZ.TV-ni günahlandırır

2021.10.20, 07:36
İran mətbuatı GÜNAZ.TV-ni günahlandırır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, www.parcham.ir saytı "Azəri gənclərinin Türkiyəyə mühacirətında artım" başlığı altında bir yazı dərc edib. yazıda qeyd olunur ki bir sıra pantürkist qruplar və peyk vasitəsi ilə yayımlanan kanalların təbliğatı nəticəsində Azəri gənclərinin (xatırladaq ki bu ad fars şovinizminin türk gənclərinə verdiyi addır) təhsil üçün Türkiyə Cümhuriyyətinə axışı güclənib. Türkiyə isə onlara müəyyən dəstək verir. O cümlədən Türkiyə universitetləri onların təhsili üçün alınacaq pulda güzəştə gedir". bu prosesdə GÜNAZ.TV-nin təsiri isə xüsusi vurqulanır. Xəbərə görə Azəri gənclərinin Türkiyəyə getməsində, orda təhsil almaqda marağlı olduqlarında GÜNAZ.TV-nin xüsusi rolu var. Xəbərdə bu mühacirətin qarşısının alınması da istənililir. Qeyd edək ki bu xəbər "parcham"-dən başqa "tabnak"-da da dərc olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar