SON XƏBƏRLƏR

Tehran höküməti aksiya iştirakşılarının 5-ə edam hökmü çıxarıb

2021.10.20, 07:36
Tehran höküməti aksiya iştirakşılarının 5-ə edam hökmü çıxarıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda iyunun 12-də keçirilən prezident seçkilərindən sonra baş verən toqquşmalarda iştirak edən 5 nəfər barəsində ölüm hökmü çıxarıb. “Reuters” agentliyinin yaydığı məlumatda bildirilir ki İran məhkəməsi ümumilikdə 89 nəfər barəsində hökm çıxarılıb. Məhkəmə daha 81 nəfər barəsində 6 aydan 15 ilə kimi həbs qərarı verib. Məhkəmənin açıqlamasında barələrində ölüm hökmü çıxarılanların adları çəkilmir. Sənəddə ancaq onların qərardan appelyasiya şikayəti vermək hüquqlarının olduğu qeyd edilir. Xatırladaq ki bundan əvvəl də 3 nəfərin barəsində ölüm hökmü çıxarılıb. Onların hazırda barələrində edam cəzası çıxarılanların siyahısına daxil olub-olmadığı barədə məlumat verilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar