SON XƏBƏRLƏR

Öcalan yalnızlıqdan qurtardı, onun yanına 5 silahdaşı göndərilib

2021.10.20, 07:36
Öcalan yalnızlıqdan qurtardı, onun yanına 5 silahdaşı göndərilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə ediyi məlumata görə, 1999-cu ildə həbs olunaraq ömürlük həbs cəzasına məhkum edilən PKK terror təşkilatının lideri Abdulla Öcalanın yalnızlığına son qoyulub. terrorçunun indiyə qədər təkbaşına saxlandığı İmralı adasına 5 PKK-çı məhkum göndərilib. Ədliyyə Nazirliyi keçən il Öcalanın saxlandığı hücrənin yaxınlığında yeni həbsxana binası tikməyə başlayıb. Tikinti bu il başa çatıb və dünən gecə daha 5 terrorçu məhkum İmralıya aparılıb. Onların adları isə açıqlanmayıb. İmralıdakı həbsxanaya indilik başqa məhkum köçürülməyəcəyi bildirilib. Abdulla Öcalan buradakı məhkumlarla həftədə bir dəfə hava almağa çıxarılacaq. Indiyə qədər terrorçunun saxlandığı kamerada bir kitab rəfi, bir masa, bir stul olub və Öcalan yalnız TRT kanallarının yayımlandığı radionu dinləyə bilib. Dənizdən, havadan və sudan mühafizə edilən İmralı adasındakı yeni həbsxananın isə 12 yeni kamerası və bir idman zalı var. Kameralarda metal yataq, masa və metal ayaqyolu var. Adadakı həbsxanaya yalnız özəl quraşdırılmış barmaq izi sistemiylə girmək mümkündür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar