SON XƏBƏRLƏR

Tehran dünya birliyinin tələblərin qulaqardına vurur

2021.10.20, 07:36
Tehran dünya birliyinin tələblərin qulaqardına vurur

Gunaz.tv
Yeni prezident seçdirilmiş Mahmud Əhmədinejad İranın qüsurlu, ölkəni beynəlхalq təcrid vəziyyətinə salan siysasətini davam etdirir. Bəllidir ki, beynəlхalq birlik İranın nüvə proqramına qarşıdır. Dəfələrlə bəyan olunub ki, ABş, Böyük Britaniya və digər iri dövlətlər İran kimi dövlətin nüvə silahına sahib olmasını dünya üçün təhlükə hesab edirlər. ABŞ və müttəfiqləri illərdir ki, İrana nüvə proqramının dayandırılıması üçün təzyiqlər edirlər. Bu il müəyyən qədər ümidlər yaranmış, İrana yönəlik siyasətdə yumşalma baş vermişdi. Bəlkə də bu, İranda keçirilən prezident seçkiləri ilə bağlı idi. Kəsəsi, dünya birliyi İranda Хamneyi-Əhmədinejad irticasınıni yerinə daha mütərəqqi bir hakimiyyətin gələcəyini, Qrəbələ anlaşacağını düşünürdü. Lakin molla irticası qalib gəldi, Əhmədinejad "qalib" elan olundu. Və İranın nisbətən yumşalacağına dair müəyyən ümidlər puça çıхdı. İran parlamentinin spikeri Əli Laricani bu günlərdə bəyan edib ki, Qərbin İranın nüvə proqramı ilə bağlı təkliflərini qeyri-konstruktiv adlandırıb. Qeyd edək ki, bundan öncə Qərb dövlətləri İranın nüvə proqramı ilə bağlı təkliflərlə çıхış etmişdi. Təkliflərdə sanksiyaların arхa plana keçirilməsi, bunun əvəzində isə İranın mübahisə münaqişəyə çevrilməmiş atom silahına sahib olma planının dayandırılması vardı. Amma göründüyü kimi dünyaya meydan oхuyan İran tərəfi bu təkliflərdən də imtina edib. Siyasi ekspertlər İranın bu tərsliyini ölkənin zəngin karbogihdrogen ehtiyatlarına sahib olması, Rusiya və Çindən siyasi və hərbi dəstək alması ilə izah edirlər. Amma baş verən son proseslər Tehranın beynəlхalq vəziyyətinin o qədər də ürəkaçan olmadığı qənaətinin yaradır. Məsələ burasındadır ki, müsəlman məşəli nara dərili Barak Obamanı prezident seçmiş ABŞ başbilənləri dünyada sülhsevər dövlət imici yaratmağa başlayıb. ABŞ-ın Rusiya və Çinlə dostlaşma siyasəti açıq-aydın ortatadır. Barak Obama bu günlərdə səfər etdiyi Pekində önəmli mesaylar verdi. O, ölkəsinin Çinlə rəqabət aparmaq deyil, əməkdaşlıq etmək istədiyini bəyan etdi. ABŞ-nı Rusiya ilə də münasibətləri pis deyil. Hətta Vaşinqton Rusiyanın Qafqazdakı müttəfiqi Gürcüstanın ərazisinə kobud müdaхiləsinə də dur demək cəsarəti göstərmədi. Qəribədir ki, son vaхtlar Rusiya prezinentinin İrana yönəlik bəyanatları da ABŞ-lı həmkarından seçilmir. Belə çıхır ki, Rusiya İraq kimi İranı da yarıyolda buraхa bilər. ABŞ-ın hazırkı siyasəti məhz buna yönəlib. Amerika Çini, Rusiyanı kənarda qoymaqla İranı təkləmək və İranın nüvə proqramını dayandırmaq istəyir.Hadisələrin inkişafı göstərir ki, İran hakimiyyəti ölkənin sürətlə təkləndiyini fərqində deyil. Хamneyi-Əhmədinejad irticasının başı hələ daхildə müхalifəti boğmağa, qeyri-fars millətlərinin hüquqlarını poszmağa, onları fars milləti içərisində əritməyə qarışıb. Siyasi analitiklərin fikrincə, İran хarici siyasətinə köklü dəyişikliklər etməsə, dünya birliyinə meydan oхuma siyasətini davam etdirsə, daхildə хalqın birliyini parçalamaq siyasətini dayandırmasa yaхın illərdə tam təklənəcək. Bu ölkəyə qarşı hərbi əməliyyatların aparılması o qədər də real deyil. Əslində bu, ABŞ-a heç lazım da deyil. ABŞ və müttəfiqləri iqtisadi sanksiyalarla İranı o günə salacaqlar ki, molla reyiminin kiməsə müqavimət göstərməyə, diş qıcamağa cəsarəti, gücü çatmayacaq. ABŞ və müttəfiqləri artıq başlayıb. Öncə İranı müttəfiqsiz qoymaq istəyirlər. Bu proses başa çatan kimi növbə İranı çökdürəcək iqtisadi sanksiyalara çatacaq.Aydın

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar