SON XƏBƏRLƏR

İranda neçə milyard dollarlıq korrupsiya faktı aşkarlandı

2023.12.04, 16:00
İranda neçə milyard dollarlıq korrupsiya faktı aşkarlandı

İranda hakimiyyətə yaxın şirkətin 3 milyard dollarlıq korrupsiya əməliyyatı ifşa edilib.

Gunaz.tv

Bildirilib ki, "Debeş Çay Şirkəti" 3 il ərzində maşın və çay idxalı üçün yarı məzənnə ilə 2,7 milyard dollardan çox valyuta alıb və bu məbləğin çox hissəsini başqa yerlərə sərmayə şəklində yatırıb.

Bununla yanaşı, şirkət Hindistandan hər kiloqramı 14 dollar olan keyfiyyətli çay idxal etdiyi barədə sənədləşdirmələr aparıb, ancaq ölkəyə hər kiloqramı 2 dollar olan Keniya çayını gətirib.

Bir sıra media mənbələri hakimiyyətin yuxarı qatlarına bağlı olan şirkətin baş direktoru Əkbər Rəhiminin həbs edildiyini yazıb.

Qeyd edilib ki, korrupsiya əməliyyatında Sənaye, Mədən və Ticarət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Mərkəzi Bankın rolu olub.

Məsələnin dəqiq və tərəfsiz araşdırılacağı təqdirdə korrupsiya əməliyyatında daha yüksək rütbəli hakimiyyət məmurlarının iştirakının üzə çıxarılacağı bildirilir.

Korrupsiya faktı ilə bağlı yayılan məlumatlarda hakimiyyətin bu məsələdən sanksiyalardan yayınmaq üçün istifadə etdiyi ehtimalları qeyd edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar