SON XƏBƏRLƏR

Prezidentin sərəncamı ilə Azərbaycanda BAYRAQ günü müəyyən oldu

2021.10.20, 07:36
Prezidentin sərəncamı ilə Azərbaycanda BAYRAQ günü müəyyən oldu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın Bayrağı haqqında önəmli sərəncam imzalayıb. Sərəncamada belə qeyd olunub: "Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alaraq, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilsin." AzərTAc Dövlət İnformasiya Agentliyinin məlumatına əsasən Dövlət bayrağı gününün təsis edilməsi haqqında imzalanmış sərəncamla bağlı Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar