SON XƏBƏRLƏR

Milli Sərdar Səttarxanın il dönümü mərasiminin keçirilməsinə icazə verməyən qüvvələr, nümayişi mərasim keçiriblər

2021.10.20, 07:36
Milli Sərdar Səttarxanın il dönümü mərasiminin keçirilməsinə icazə verməyən qüvvələr, nümayişi mərasim keçiriblər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, dünən noyabr ayının 16-ı Azərbaycanın Milli Qəhramanı, Milli Sərdar Səttarxanın şəhid olduğu günün 95-ci il dönümü idi. Keçmiş illər kimi mərasimi qeyd etməyə çalışan milli hərəkatçılar isə mərasim gününə bir neçə həftə qalmış ETTELAAT tərəfindən bir başa vəya dolayisi yollar ilə təhdidlərə məruz qaldıqları halda noyabrın 16-da Milli Sərdarın mübarək məzari İran təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Bununlada milli hərakaçıların iştirakına maneçilik yaradıblar. Milli Sərdarın Tehranda şahəbdüləzimdə yerləşən mübarək məzarı milli hərəkatçılar tərəfindən ziyarət olunmasın deyə İran hökümətinin öz əl altıları tərəfindən güya ziyarət olunub. Və nümayişi olaraq il dönümü qeyd edilib. Şərhçilərimiz İranın bu tip hərəkətlərini milli hərəkatın köklərinin nə qədər dərinlərdə olduğunu və İranında bundan nə qədər qorxuya düşdüyü ilə əlaqələndirirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar