SON XƏBƏRLƏR

109 Beynalxalq Təşkilat İrandakı İnsan Hüquqları ilə bağlı BMT-yə məktub ünvanlayıb

2021.10.20, 07:36
109 Beynalxalq Təşkilat İrandakı İnsan Hüquqları ilə bağlı BMT-yə məktub ünvanlayıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, 109 BEYNƏLXALQ TƏŞKİLAT İrandakı insan haqları ilə bağlı BMT-yə məktub ünvanlayıb. Ünvanlanan məktubda İnsan hüquqları və sivil cəmiyyət uğrunda fəaliyyət göstərən 109 beynəlxalq təşkilat, BMT-yə üzv ölkələrin xarici işlər nazirləri və bu qurumdakı nümayəndə heyətlərini İranda insan hüquqlarının pozulmasını pisləməyi tələb ediblər. Məktubda İranın daxilində İnsan Haqlarının gobudca pozulmasından söz gedir. Məktubda dinc etiraz yürüşlərinə qatılan İran vətəndaşlarının tutularaq zindanlarda işgəncələrə məruz qaldığı, döyülüb təhqir olunduğu və bəzən zorlandıqdan sonra qətlə yetirildiyi bildirilir. Həmçinin məktubda builki prezident seçkisindən sonra İranda insan haqlarının əvvəlkindən daha kəskin pozulduğu bildirilir. Məktubda əlavə olunur ki: “İrandakı acınacaqlı duruma münasibət bildirmək beynəlxalq ictimaiyyətin mənəvi borcdur. İran hökumətindən insan hüquqları ilə bağlı müştərək meyarlara riayət olunması istənilməlidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar