SON XƏBƏRLƏR

Qordon Braun: İran rejiminə təzyiqləri gücləndirmək nəinki düzgündür, bunu etmək vacibdir

2021.10.20, 07:36
Qordon Braun: İran rejiminə təzyiqləri gücləndirmək nəinki düzgündür, bunu etmək vacibdir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır. Bunu ölkənin baş naziri Qordon Braun bəyan edib. Onun sözlərinə görə, rəsmi Tehran dünya ictimaiyyətinin nüvə sahəsində əməkdaşlıq təkliflərinə müsbət reaksiya verməsə, sanksiyalar qaçılmaz olacaq. Qordon Braun xatırladıb ki, dünya ictimaiyyəti oktyabrın 1-də İrana nüvə silahı hazırlamaqdan imtina müqabilində dinc atom energetikası sahəsində əməkdaşlıq təklif edib: “Son altı həftə ərzində bu təklif tamamilə rədd edilib. Ona görə də indi İran rejiminə təzyiqləri gücləndirmək nəinki düzgündür, bunu etmək vacibdir”. Böyük Britaniyanın baş naziri bildirib ki, ABŞ prezidenti Barak Obama İranın irəli sürülmüş təkliflərə cavabı üçün son müddət kimi ilin sonunu göstərib: “Əgər İran öz mövqeyinə yenidən baxmasa, onda BMT, Avropa Birliyi və ayrı-ayrı ölkələr daha sərt sanksiyalar tətbiq edəcəklər”.ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar