SON XƏBƏRLƏR

Səlahaddin Koca: Azərbaycan əsilli olmağımla qürur duyuram (MÜSAHİBƏ)

2021.10.20, 07:36
Səlahaddin Koca: Azərbaycan əsilli olmağımla qürur duyuram (MÜSAHİBƏ)

Gunaz.tv
1991 ci ildə Azərbaycan azadlığı əldə etdikdən sonra, daxildə dövlət quruluculuğu prosesi ilə yanaşı xaricdə fəaliyyət göstərən diaspor qurumlarımızda fəaliyyətində canlanma müşahidə olunmağa başladı. Dünyanın başqa yerlərində yaşayan soydaşlarımız təşkilatlanmağa və icmalarını qurmağa başladılar. Onlar yenicə azadlığını əldə etmiş Azərbaycan haqqında ilk təsəvvürlərin yaranmasında böyük işlər görürdülər və həmin işləri bu gündə qəhrəmanlıqla həyata keçirirlər. Belə qurumlardan biridə Ayhan Dəmircinin başqanı olduğu Belçika-Azərbaycan Dostluq Cəmiyyətidir. Bu günlərdə cəmiyyət Belçika məhkəməsində qeydiyyatdan keçib daha aktiv calişmalara start verib. Hazırda, cəmiyyətin ətrafında cox fəal insanlar birləşiblər. Belə fəal insanlardan biridə cəmiyyət başqanın köməkcisi Belçikanın Beringen şəhərinin bələdiyyə başqanı yardımcısı Səlahəddin Koçakdır. Hörmətli Səlahaddin Kocakla Dərnəyin fəaliyyətləri, Azərbaycanla-Belçika münasibətləri, Azərbaycanın bu, ölkədə tanıdılması ilə bağlı hansı işləri görmək olar bu, haqda sualların cavabını GÜNAZ.TV Mətbuat Xidmətinə bildirib. - Səlahəddin bəy xöş gördük Sizi! İlk öncə, Sizi Azərbaycan-Belçika Dostluq Cəmiyyətində İdarə Heyyətinə üzv seçilməyinizlə bağlı təbrik edirik. Üzvü olduğunuz ABDC bağlı fikirlərinizi bilmək maraqlı olardı. - Elnur bəy təşəkkür edirəm müsahibə üçün. Belçikanın Limburg şəhərində yerləşən qurumu və bir neçə dostlarımızla bərabər, xüsusi ilə başda Ayhan Dəmirçi qardaşımızın liderliyi ilə həyata keçirilən təşkilat aktiv hala gəlmişdir. Bu, yaxında dərnəyin yeni idarə heyyəti formalaşıb və məndə idarə heyyətinə üzv seçilmişəm. Bu gün dərnəyimizin məqsədi Azərbaycan xalqına xidmət etməkdir və məndə dərnəyin üzvü olaraq bu, missiyanın içində olmaq istəyirəm. Hazırda ən önəmli görəvlərimizdən biridə Azərbaycanı Belçika insanına doğru bir şəkildə tanıtmaqdır. - Avropada yaşayan şəxs kimi, Azərbaycanla bağlı təsəvvürləriniz nədən ibarətdir? - Mənim anam və babam, Ərdəhanın Posof ilçəsindən gəlmədilər. Mən özüm Belçikada dünya göz açmışam və ilk təhsilimi burada aldım. Həmişə Azərbaycana qarşı içimdə böyük sevgi olub, qulaq asdığım azərbaycan musiqisinə böyük marağım olmuşdur. Sonradan bildim ki, bizim kökümüz də Azərbaycan əsillidir. Təbii ki, bu məni çox sevindirir və bununla qürur duyuram. - Bu gün Belçika içtimaiyyətində Azərbaycan haqqında təsəvvürlər varmı, və ya varsada, ölkəmiz haqqında nələr düşünürlər? - Azərbaycanı Belçikada yaşayan insanlar həqiqətən də gerçəkdən tam tanımırlar. Azərbaycanı Eurovision və ya futbol maçlarından, erməni məsələsinə görə tanıyırlar. Cox təəssüflər olsun ki, Azərbaycanın doğal gözəlliklərini, o zəngin mədəniyyətini, eyni zamanda Azərbaycanın acıları haqqında bilgilərə sahib deyillər. Mən özüm şəxsən Xocalı Soyqırımı ilə, Qarabağda baş verən işgəncələrlə bağlı bilgilər verirəm. Mənim bələdiyyədəki büroma insanlar gələndə, ilk öncə bu məsələlərlə bağlı kitabları görürlər. Türkiyə üçün nə edirəmsə, eyni şeyi də Azərbaycan üçün etmək istəyirəm. Və bunu da bacaracağımıza inanıram. Mənim iş və həyat prinsipimdə bu budur ki, inanmadığım bir mücadiləyə başlamıram. - Hazırda, Azərbaycan-Belçika arasında siyasi-iqtisadi və mədəni əlaqələr sizi qane edirmi? - Bəli qane edir. Baxın bu gün siyasət meydanlarında səs küy salmaq olmaz. Təbii ki, nə lazımsa bunu etmək lazımdır, əsas isə Avropada ən önəmli fəaliyyət lobbi işini formalaşdırmaq və həyata keçirməkdir. Mən bu gün üzv olduğum sosial-demokrat partiyası içində lobbi təbliğatını aparıram. Azərbaycanı daha yaxşı tanısınlar deyə. Televiziyada və mediada Azərbaycan ilə bağlı xəbərləri diqqətlə izləyirəm. Gərəkən yerlərdə də bunları düzəltmək bizim vəzifəmizdir. Dərnəyimizlə bərabər, Azərbaycan musiqisini, mətbəxini və mədəniyyətini qısacası Azərbaycan insanı tanıdırıq. Xüsusi ilə də Belçika insanını özümüzə yaxın tutaraq, milli məsələləri onlara anlatmaq lazımdır. - Gələcəkdə, Azərbaycanın Avropada tanıdılması üçün, cəmiyyətdə hansı layihələri həyata keçirməyi düşünürsünüz və konkret olaraq bu məsələ ilə bağlı hansısa planlarınız varmı? - Hazırda, Avropalılara Azərbaycanla bağlı seminarlar,bilgilendirmə gecləri məlumatlar vermək istəyirik. Ən önəmli olan isə Qarabağdakı baş verən hadisələri Avropalıların gözlərinin önünə gətirmək məqsədimizdir. Amma eyni zamanda diqqət etməmiz məsələ, Avropanın bir çox ölkəsində Erməni məsələsini Türkiyəyə qəbul etdirmək istiyənlərlə mücadilə etməkdir. Belçika höküməti, qondarma erməni soyqırımı ilə bağlı qanun qəbul etdi ancaq, və işlək hala gəlmədi. Fransada bunu qəbul etmişdir, bu gün Fransada yazarlar və bir çox intellektual insanlar, siyasətçilər buna qarşı çıxdılar. Bizdə eynisini burada etməliyik. Əgər Belçika qətliam və soyqırımla mücadilə etmək istəyirsə, öncə öz keçmişinə baxmalıdır. Afrikada etdiklərini, xüsusi ilə avropada baş verən Serbiyadakı müsəlman qətliami, Xocalı qətliami tarixi gercəklikdir. O, zaman Ermənilərin öz liderlərinin şübhə etdikləri bir hadisəni neçə qəbul edərlər? Bu məsələdə bizim üzərimizə çox böyük görəv düşür. Hər şeydən öncə cəmiyyətə həqiqətləri çatdırmaq lazımdır. - Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ haqqında Belçikalı siyasətçilər bu haqda bilgilərə sahibdirlərmi? - Təəssüflər olsun ki, sizin cavaba Xeyir demək məcburiyyətində qalacam. Belçikada Flaman, Walon, Alman, Brüssel və federal hökümətləri daxil olmaq üzrə, tam 6 hökümət vardır. Və bir o qədər də parlament. Bunların arasında Qarabağ haqqında doğru bilgiyə sahip olan 5 insanı tapmaq çətindir. Amma, Erməni lobbisinin təbliğatı sayəsində Türkiyənin sözdə soyqırım etdiyini media durmadan bildirirsə, bundan sonra bir çox parlamentar bunu gerçək kimi qəbul edəcəkdir. Baxın təbliğatımız bu yöndə aparmalıyıq. - 1992 ci ilin fevral ayının 26 da rus-erməni birləşmələri tərəfindən qətliama məruz qalan Xocalı faciəsinin Belçika Parlamentində qaldırılması üçün hansı işləri görmək lazımdır və ya təmsil olduğunuz ABDC bu məsələni təşəbbüskarı ola bilərmi? - Belə bir bir görəvi yerinə gətirmək üçün və ilk öncə hamılıqla bu məsələdə gücümüzü birləşdirməliyik. Bu cox çətin işdir. Biz bilgiləndirmə gecəsi, bröşür və ya kitab hazırlayırıq ancaq əsas mənim fikrimcə ən önəmlisi, Belçikada gündəmə damğasını qoyan, yəni gündəmi bir neçə Belçikalı siyasətçini Azərbaycana gətirmək lazımdır. Mən eyni şeyi İstanbul və Türkiyə haqqında illərcə bunu etdim və bu gün cox şükürlər olsun ki, Belçikada Türkiyə haqqında bir simpatiya var. Demək istədiyim budur ki, anlatmaq bir tərəfə bir də göstərmək lazımdır. Bunu durmadan xatırlamaq lazımdır. Xocalı faciəsini, Qarabağ zülmünü Belçikalı parlamentarilər gördükdən sonra, mən inanıram ki, özləridə bu məsələda addım atacaqlardır. Əsl lobbi işinin mahiyyətində bu durur. - Səlahəddin bəy suallarımızı cavablandırdığınıza görə Sizə öz təşəkkürümüzü bildiririk və gələcək fəaliyyətlərinizdə uğurlar arzu edirik. - Məndə çox təşəkkür edirəm və həm Azərbaycanda olan həmdə Avropada olan Azərbaycanlı qardaşlarıma bildirmək istəyirəm ki, biz hamımız bərabər Azərbaycanı və Azərbaycan türklərini, dostca, qardaşca daha yaxşı yerlərə gətirəcəyik. Söhbətləşdi: Elnur Eltürk P.S Müsahibənin təşkil edilməsində mənə öz köməkliyini göstərdiyinə görə Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin başqanı, dostum Ayhan Dəmirçiyə öz təşəkkürümü bildirirəm.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar