SON XƏBƏRLƏR

Atom Enerjisi Agentliyi Tehranın nüvə proqramı ilə bağlı növbəti hesabat yayıb

2021.10.20, 07:36
Atom Enerjisi Agentliyi Tehranın nüvə proqramı ilə bağlı növbəti hesabat yayıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın nüvə proqramı ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyi yeni hesabat açıqlayıb. "İran nüvə məsələsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmir. Qum şəhəri yaxınlığında nüvə zavodunun yaradılmasına rəsmi Tehranın elan etdiyi kimi bu ilin sentyabrında yox, yeddi il əvvəl başlanılıb. tapıntılar Qumdakı zavodun inşasına 2002-ci ildə başlandığını, 2011-ci ildə isə istifadə veriləcəyini təsdiqləyir". Bu iddialar açıqlanan Hesabatda bildirilib. Qeyd edək ki ilk dəfə sentyabrın 21-də rəsmi Tehran tərəfindən etiraf olunan zavodun varlığı və orda gedən fəaliyətlər Beynəlxalq Atom Enerjisi Agentliyini İranın gizli nüvə proqramının bir hissəsi olduğundan şübhələndirir. Açıqlanan hesabata Amerika Birləşmiş Statlarıda münasibət bildirib. Dövlət Departamentinin nümayəndəsi İen Kelli bildirib ki, rəsmi Tehranın beynəlxalq ictimaiyyət qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini Beynəlxalq Atom Enerjisi Agentliyi də təsdiqləyir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar nüvə proqramı ilə bağlı İrana təzyiqləri davam etdirəcək. O sözlərinə Atom Enerjisi Agentliyinin yeni hesabatını əsas kimi göstərib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar