SON XƏBƏRLƏR

Bu gün ( 17 noyabr ) Azərbaycanda Milli Dirçəliş Günüdür

2021.10.20, 07:36
Bu gün ( 17 noyabr ) Azərbaycanda Milli Dirçəliş Günüdür

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bu gün-17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür. 21 il öncə məhz bu tarixdə Azərbaycan dövlətinin SSRİ-nin tərkibindən çıxaraq müstəqlliyini bərpa etməsinin əsası qoyuldu. 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o vaxtkı Lenin, indiki Azadlıq meydanında toplaşdı. Bu gün Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı kimi də qiymфətləndirilir. Həmin gün 68 il azadlığın nə olduğunu bilməyən bir millətin "olum, ya ölüm" savaşı başladı. SSRİ-nin tezliklə məhvə məhkumluğu məhz həmin gün daha aydın göründü. Rəsmi Moskvanın, ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, millətə tarixini öz gücünə dəyişmək istəyini aşılamışdı. Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu. Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda, hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır. Bunları görən rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı. Onların bir qismi həbs edildi. O zaman hərəkat parçalansa da, millət öz arzusuna çatdı - 1988-ci il, noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu. əgər Milli dirçəlişimiz olmasaydı, nə müstəqillimizə qovuşa biləcəydik, nə də ən əziz bayramlarımızı qeyd etmək imkanı qazanacaqdıq. Noyabrın 17-i 1992-ci ildən bayram kimi qeyd olunur. Hazırda Milli Dirçəliş Günü təqvimdə bayram kimi göstərilsə də, qeyri-iş günü deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar