SON XƏBƏRLƏR

Milli-mədəni fəallar Əlirza Fərşi və Sima Didar haqqında həbs hökmü çıxarıldı

2021.10.20, 07:36
Milli-mədəni fəallar Əlirza Fərşi və Sima Didar haqqında həbs hökmü çıxarıldı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Təbrizin İnqilab məhkəməsi Azərbaycanın tanınmış milli-mədəni fəalları Əlirza Fərşi və Sima Didara bir il şərti həbs hökmü çıxarıb. Elan olunmuş hökmə görə, iki milli-mədəni fəal şüarlar vasitəsi ilə sistemin əleyhinə təbliğ, 2006-ci ilin 22 may milli qiyamının il dönümü ərəfəsində Təbrizin El Gölündə kütləvi piyada yürüş zamanı əllərində Azərbaycanın milli-mədəni hüquqları ilə bağlı plakatların daşınması və xəbər saytlarına xəbər göndərmək kimi suçlamalarla ittiham olunublar. Həbs hökmü adını məkdiyimiz milli fəalların vəkili cənab Abbas Cəmaliyə 2 gün öncə elan edilib. Qeyd edək ki cənab Əlirza Fərşi azad universitetinin ustadıdır. Sima xanım Didar isə onun hayat yoldaşıdır. Bu ailə aylardır ki İran Təhlükəsizlik Qüvvələrinin müvəqqəti saxlama məntəqəsində saxlanılaraq sorğu-suala çəkilir. bir müddət əvvəl isə mülkü girov müqabilində keçici olaraq azadlığa buraxılmışdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar