SON XƏBƏRLƏR

Vəkil Ümid Şükrinin dosyasını əldə etmək istəyib lakin ona icazə verilməyib

2021.10.20, 07:36
Vəkil Ümid Şükrinin dosyasını əldə etmək istəyib lakin ona icazə verilməyib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, cənab Ümid Çükrinin Vəkili noyabr ayının 11-də məhkəməyə müraciət edərək Ümid Şükrinin dosyasını istəyib. O müvəkkilini müdafiə etmək üçün onun dosyasından xəbərdar olmalıdır deyə dəlil gətirib. Lakin onun müraciəti dosyanın hakimi tərəfindən rədd edilib. Hakim Qəndstanı deyib ki vəkilin haqqı yoxdur onun dosyasını araşdırsın vəya hər hansı şəkildə onu əldə etsin. Xatırladaq ki Ümid Şükrü Güney Azərbaycanlı bir jurnalistdir. O bir müddət əvvəl İran rejimi tərəfindən tutuqlanıb və həbsə alınmışdı. hazırda mülki vəsiqə girov qoyaraq müvəqqəti şəkildə azadlığa buraxılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar