SON XƏBƏRLƏR

Güneyli məhbusların hüquqları ilə bağlı İsveçdə etiraz aksiyasi keçirilib

2021.10.20, 07:36
Güneyli məhbusların hüquqları ilə bağlı İsveçdə etiraz aksiyasi keçirilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, noyabr ayının 14-də həbsdə saxlanılan Azərbaycan Milli Hərəkatının Fəalları ilə bağlı İsveçin Goteborg şəhərində etiraz aksiyasi keçirilib. ağır hava şərayitinə baxmayaraq iştirakçiların sayı və hazırlığı gözə çarpan dərəcədə təqdirə layiq olub. aksiya iştirakçıları həbsxanada saxlanılan bütün milli fəallarımızın o cümlədən Səid Mətinpur cənablarının azadlığını tələb ediblər. "Azadtribun"-dan aldığımız məlumata görə, aksiya iştirakçıları fars şəvinizminin Azərbaycan türk millətinə qarşı apardığı assimilasyon siyasəti ətrafdakı seyrcilərə izah olunub və Azərbaycan türk millətinin milli hüquqları ilə bağlı xeyli şüarlar verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar