SON XƏBƏRLƏR

Qazaxıstanda Türk dünyasının problemlərini müzakirə edən konfrans keçirilib

2021.10.20, 07:36
Qazaxıstanda Türk dünyasının problemlərini müzakirə edən konfrans keçirilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Qazaxıstanın Almata şəhərində Türk Ölkələrinin Mədəniyyəti Fondunun təşəbbüsü ilə elmi-praktiki konfrans keçirilib. Bu konfransda türk dünyasının aktual problemləri mezakirə olunub. Tədbir iştirakçıları Türkiyə, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Rusiya, Ukrayna, Moldova və digər dövlətlərin ali məktəblərinin müəllimləri, TÜRKSOY-un nümayəndələri və Almatıdakı milli mədəniyyət mərkəzlərinin rəhbərlərindən ibarət olub. Konfransda qloballaşma və dünya maliyyə böhranı şəraitində türk dünyasının vahidliyi problemi ilə bağlı bir sıra məsələlər müzakirə edilib, türk xalqlarının mənəvi-mədəni birliyinin möhkəmlənməsi, etniklərarası və konfessiyalararası dialoqun inkişafı, Qazaxıstanda sülhün və sabitliyin qorunması məsələlərinə də diqqət yetirilib. Müzakirələrin əsas məqsədi türk xalqlarının dili, ədəbiyyatı, tarixi, sosial-mədəni və sosial-siyasi inkişafı sahələrində alimlərin fəaliyyətini canlandırmaq olub. Qeyd edək ki adını çəkdiyimiz konfransda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Naxçıvanda keçirilən Türk Dövlət başçılarının Sammitində irəli sürdüyü təkliflər iştirakçılar tərəfindən alqışlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar