SON XƏBƏRLƏR

yenədə İsrailin İranı vuracaq xəbərləri gündəmdə

2021.10.20, 07:36
yenədə İsrailin İranı vuracaq xəbərləri gündəmdə

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın nüvə fəaliyyətləri ilə bağlı danışıqların yenidən dalana dirənməsi İsrailin bu ölkəyə qarşı hərbi əməliyyatlara başlamaq riskini artırıb. Xarici KİV-lərin son məlumatlarına əsasən, regionda sular yenidən isinməkdədir. Londonda nəşr edilən ərəb qəzeti “Əl-Hayat”ın dünən yaydığı sensasion məlumata görə, Fransa prezidenti Nikola Sarkozi İsrailin İrana qarşı hərbi əməliyyatlara nə vaxt başlayacağını bilir. Məlumatda deyilir ki, Sarkozi bu barədə Suriya prezidenti Bəşər Əsədi xəbərdar edib. Qəzet yazır ki, Sarkozi İsrailin İrana qarşı hərbi əməliyyatlarının artıq qaçılmaz olduğu haqda Suriya prezidentini xəbərdar edib. Fransa prezidenti deyib ki, İranın nüvə problemini dinc yolla nizamlamaq üçün çox az vaxt qalır. Bildirilir ki, Sarkozi bu təəssüratını İsrail baş naziri Benyamin Netanyahu ilə danışıqlar əsasında çatdırıb. Fransa prezidenti qeyd edib ki, onun gəldiyi nəticəyə görə İsrail hərbi əməliyyatlara başlamaq qərarında çox ciddidir və hətta Amerika-ın rəyini nəzərə almayacaq. İsrail mənbələrinin məlumatına görə, İrana qarşı hərbi əməliyyatların yaxınlaşdığı haqda Rusiyada da bilirlər. Rusiya da hazırda İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasını əngəlləməyə çalışır və bu məqsədlə həm Təl-Əviv, həm Vaşinqtonla intensiv təmaslar içərisindədir. İranda isə İsrailin mümkün hava hücumlarına qarşı hazırlıqlar intensiv xarakter alıb. İran hərbi hava qüvvələrinin bir neçə gün əvvəl başa çatan təlimlərinin ardınca ölkədə saxta raket qurğuları və Hava Hücumundan Müdafiə vasitələri quraşdırılmaqdadır. “Mossad”a yaxınlığı ilə bilinən “Debka” saytının xəbərinə görə, İran İsrail aviasiyasının mümkün zərbələrini əsl hədəflərdən yayındırmaq üçün ölkənin hər yerində taxta və plastik materiallardan “raket qurğuları” yerləşdirir. Nəzərdə tutulur ki, İsrail aviasiyası İranın əsl raket qurğuları və HHM vasitələri əvəzinə bu aldadıcı hədəfləri vuracaq. Mümkün variantlardan birinə görə, İsrail əvvəlcə İranın Livanın cənubundakı müttəfiqi olan “Hizbullah”a qarşı yeni hücum əməliyyatlarına başlayacaq. Bu arada İsrail kəşfiyyatına yaxın mənbələr Türkiyənin İranla gizli hərbi sövdələşməsi haqda məlumat yayıb. “Debka” iddia edir ki, bu sövdələşmə baş nazir Rəcəb Tayyib Ərdoğanın bu günlərdə İrana etdiyi səfər zamanı imzalanıb. Anlaşmaya görə İsrailin mümkün hücumu zamanı Türkiyə İrana öz hava qüvvələri ilə dəstək verəcək və bu ölkəyə digər hərbi yardımlar göstərəcək. İsrail mənbələrinin bu məlumatı hansı məqsədlə ortaya atdıqları məlum deyil. Lakin bu məlumat doğru çıxarsa, o zaman Amerika-ın “şoka girəcəyi” qaçılmaz hesab edilir. İsraillə Türkiyə arasında münasibətlər son zamanlar xeyli pisləşib. Ekspertlərə görə “Debka” bu informasiyanı ortaya atmaqla Türkiyənin Amerika ilə münasibətlərini korlamağa çalışır. Qeyd olunmalıdır ki, Ərdoğan Tehrana səfəri zamanı nüvə məsələsində İranı müdafiə edib və Qərbin bu ölkəyə qarşı təzyiqlərini ədalətsiz adlandırıb. Türkiyənin baş naziri hesab edir ki, İranın nüvə silahı əldə etmək istədiyi haqda deyilənlər sadəcə dedi-qodudur. Eyni zamanda o, beynəlxalq ictimaiyyətin diqqətini artıq nüvə silahına malik olan İsrailə yönəltməyə çağırıb. Bu arada məlum olub ki, Türkiyə İranın nüvə yanacağı ilə təmin edilməsi məsələsində özünün rolunu təklif edib. Məlumatlara görə, Türkiyə hökuməti və Beynəlxalq Atom Enerjisi Agentliyi, İranın zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsinin Türkiyədə saxlanılması barədə iki ölkə arasında danışıqların getdiyini təsdiqləyiblər. İran bu vaxta qədər, hətta ötən ay altıtərəfli müzakirələr zamanı zənginləşdirilmiş uran ehtiyatlarının Rusiya və Fransaya köçürülməsi barədə təkliflərini rədd edirdi. Türkiyə İran üçün yanacağın onun ərazisində saxlanılmasını təklif edir. Hər iki ölkə bu ideyanı ötən həftə İslam ölkələrinin zirvə görüşündə müzakirə ediblər və buna Beynəlxalq Atom Enerjisi Agentliyi də razı olub. Türkiyənin nüvə proqramı yoxdur, onun nüvə proqramının yaradılması uğrunda təkrar səyləri hələ də qalmaqdadır. Türkiyə sadəcə olaraq, İran problemini öz öhdəsinə götürə bilərdi və BATENA-ya yalnız bu ehtiyatları nəzarətdə saxlamaq qalardı.musavar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar