SON XƏBƏRLƏR

Süleyman Dəmirəl Türkiyənin durumundan od püskürdü

2021.10.20, 07:36
Süleyman Dəmirəl Türkiyənin durumundan od püskürdü

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyədə eks-prezident Süleyman Dəmirəl ölkədə hökm sürən siyasi duruma üsyan püskürüb. AKP iqtidarının ona qarşı olan hər kəsi təqib etməsinə, hakimlərin, dünyəvi dövlətin müdafiəçilərinin, silahlı qüvvələrin yüksək rütbəli mənsublarının total nəzarət altında saxlanmasına etiraz olaraq Dəmirəl deyib ki, Türkiyə cümhuriyyəti qurulandan heç vaxt bu cür qorxunc dönəm yaşanmamışdı. Onun sözlərinə görə, ölkədə genişmiqyaslı qorxu hökm sürür və hətta hərbi rejimlərin dövründə də belə vəziyyət yaranmayıb. “Hətta əsgəri dönəmlərdə belə qorxulu vəziyyət mövcud deyildi. Vətəndaşlar, mənimlə görüşə gələnlərin ilk soruşduğu şey bu olur: görəsən, buranı da dinləyirlərmi? Bu ölkənin insanları öz ölkələrində belə duruma düşə bilərmi? Belə vəziyyət öz-özünəmi yarandı?” Keçmiş prezident deyib ki, onu ölkədəki siyasi vəziyyət haqda danışanda qınayırlar və deyirlər ki, Dəmirəl siyasətə qarışır: “Ancaq bizim etdiyimiz siyasət deyil, şikayətdir. Şikayət də etməyək?” Keçmiş prezident deyib ki, heç bir ölkədə siyasət tək iqtidardan ibarət ola bilməz. Əgər iqtidar siyasətin ancaq özündən ibarət olduğunu zənn edərsə, o ölkədə diktatura başlayar, digər qurumlar susdurular. “Əgər bir ölkədə rabitə vasitələri, müstəqil mətbuat, müstəqil peşə qurumları, azad universitet yoxdursa, yaxud varsa və öz funksiyalarını yerinə yetirmək iqtidarında deyilsə belə ölkədə siyasi müxalifətdən, hər şeyi gözləmək yanlışdır. Belə durumda siyasi müxalifət çırpınıb duracaq”. Dəmirələ görə, bu gün Türkiyədə qorxu imperatorluğu hökm sürür və bu vəziyyətə görə həqiqəti söyləməkdən çəkinənlərin də rolu var. “Belə şey olarmı? 70 milyon insan qorxarmı, bütöv bir millət qorxarmı? Qorxmaz, amma təəssüf ki, bu gün Türkiyədə bu hiss geniş yayılıb” deyə təcrübəli siyasətçi bildirib. Keçmiş prezident Türkiyədə yüksək məhkəmə hakimlərinin və prokurorların telefonlarının kütləvi şəkildə, onların terrorçuluq fəaliyyətinə bağlı ola biləcəyi şübhəsi əsasında dinlənilməsi qalmaqalına da toxunub. O deyib ki, bu gün dünyada ən önəmli rabitə vasitəsi telefondur. Ancaq indi Türkiyədə az qala hər kəsin telefonlarının dinlənildiyi bu vasitəni qorxulu predmetə çevirib: “Bu ölkədə hər kəs dövlət düşməni ola bilərmi? Bu ölkənin prokuroru, hakimi dövlət düşməni olarmı? Yarğıtay, dövlətin digər önəmli qurumları terrorçudurmu? Yaxud iqtidar hər xoşlanmadığı kəsin telefonlarını dinləyərək adamları həbs edərsə, o zaman telefon rabitə əlaqəsinə deyil, ancaq zülmə yarayar? Baş verənlər zülmdür”. Dəmirəl deyib ki, belə dövrləri uzun zaman yaşamaq mümkün deyil, hər şeyin zamanı, vaxtı var. Lakin dəyişiklik ancaq seçki yolu ilə olmalıdır: “Mən seçkidən başqa yolları arzu etmirəm, tövsiyə də etmirəm. Ancaq seçki sandıqları bu millətin önünə gələndə bu qədər zülmə baxmayaraq gərəkli addım atılmırsa, o zaman millət zülmə layiqdir deməkdir”. Qeyd edək ki, AKP iqtidarı Türkiyədə davamlı olaraq ona qarşı olan bütün qurumları susdurmaq siyasətini aparır. Dünyəvi dövlətin təməllərini müdafiə edən çoxsaylı tanınmış simalar, ordu generalları, professorlar, hüquqşünaslar, ziyalılar “Ergenekon” əməliyyatı ilə “terrorçu” adı altında həbsə atılıb. Müstəqil media qurumlarına qarşı total iqtisadi basqılar var. Ölkənin yeganə müstəqil media holdinqi “Doğan Yayım” rekord məbləğdə cərimə sanksiyalarından sonra bütün KİV-lərini satışa çıxarmalı olub. Ötən həftə isə məlum olub ki, yüksək məhkəmə instansiyalarının hakimləri hökumətdən gələn əmrlə dinlənilib. Dinlənilənlər arasında AKP-nin dünyəvi dövlətə zidd fəaliyyətlərini tənqid edən qurumların təmsilçiləri də var.musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar