SON XƏBƏRLƏR

BBJ telekanalı: İran uranının Türkiyədə saxlanılması ilə bağlı danışıqlar xəbəri öz təsdiqini tapıb

2021.10.20, 07:36
BBJ telekanalı: İran uranının Türkiyədə saxlanılması ilə bağlı danışıqlar xəbəri öz təsdiqini tapıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, bir müddət əvvəl İran tərəfindən rədd olunmuş Rusiya və Fransanın təklifi bu dəfə analoji olaraq Türkiyə ilə reallaşa bilər. Rəsmi Ankara və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranda istehsal edilmiş zənginlənləşdirilmiş uranın Türkiyə ərazisində saxlanmasının mümkünlüyü barədə danışıqlar apardıqlarını təsdiqləyiblər. bu barədə BBJ telekanalı məlumat yayıb. Məlumata əsasən Türkiyə və İran liderləri zənginləndirilmiş uranın saxlanılması ilə bağlı məsələni öz aralarında İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş sammitində müzakirə ediblər. Bildirilir ki, Türkiyə zənginləndirilmiş uran üçün anbarı tez vaxtda inşa etmək iqtidarındadır. İndi növbə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Türkiyədə saxlanılacaq nüvə materialları ehtiyatını təftiş etməsinə çatıb. Əgər Agentliklə rəsmi Ankara arasında razılıq əldə edilsə, o zaman Türkiyə qonşu ölkələrlə probemlərin yoluna qoyulması strategiyasının doğruluğunu təsdiq etmiş olacaq. Qeyd edək ki, Ankara və Tehran arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi ABŞ siyasi dairələrində narahatlıqla qarşılanır. Ağ Ev bununla regiondakı vacib müttəfiqini itirə biləcəyindən ehtiyatlanır. Çünki Türkiyənin Şərqə meylli siyasət yürütməsi və regionun fövqəldövlətinə çevrilmək iddiaları Ankara ilə Qərbin əlaqələrini zəiflədə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar