SON XƏBƏRLƏR

Əhmədinejad : bəzi qüvvələr İranı dağıtmağa çalışırlar, lakin onlar buna nail ola bilməyəcəklər

2021.10.20, 07:36
Əhmədinejad : bəzi qüvvələr İranı dağıtmağa çalışırlar, lakin onlar buna nail ola bilməyəcəklər

Gunaz.tv
İranın nüvə proqramı müzakirə mövzusu deyil, lakin Tehran bu məsələdə səmimi olanlarla əməkdaşlıq etməyə hazırdır, bazar günü İran Prezidenti Mahmud Əhmədinejad Tehranda Asiya və Sakit Okean (OANA) Ölkələrinin İnformasiya Agentlikləri Təşkilatının iclas iştirakçılarını qəbul edərkən bildirib. Onun sözlərinə əsasən, İran özünün nüvə proqramını MAQATE ilə müzakirə edir, lakin bəziləri sözügedən danışıqları siyasiləşdirməyə çalışırlar. "Bu qüvvələr İranı dağıtmağa çalışırlar, lakin onlar buna nail ola bilməyəcəklər", - Əhmədinejad bildirib. İran Prezidenti bəzi KİV-lərin İran haqqında doğru məlumat verməməsi ilə əlaqədar təəssüf etdiyini də bildirib. "Biz İran haqqında doğru məlumatı dünya ictimaiyyətinə çatdıra bilmirik", - İranın dövlət başçısı qeyd edib. Prezident OANA təşkilatının "əl-ələ verərək" informasiya blokadasını aradan qaldırmağa və birgə irəli getmək üçün böyük potensiala malik olmasına ümid etdiyini bildirib. Asiya və Sakit Okean Ölkələrinin İnformasiya Agentlikləri Təşkilatının iclası noyabrın 15-də Tehranda keçirilib. Tədbir Mehr Agentliyi tərəfindən təşkil olunub. Azərbaycanı tədbirdə AzərTAc Dövlət Agentliyi (OANA-nın üzvü qismində) və TREND İnformasiya Agentliyi (dəvət olunan müşahidəçi qismində) təmsil edir. İcraçı komitənin (Executive Board Meeting) 31-ci iclası və Texniki-Redaksiya qrupu ekspertlərinin 25-ci iclası "Tehran Enqelab" otelində noyabrın 17-də başa çatacaq. OANA 1961-ci ildə YUNESKO tərəfindən yaradılıb. Hazırda OANA-ya Asiya və Sakit okean regionun 33 ölkəsindən 44 agentlik daxildir. OANA-nın 2010-cu ildə iclasının İstanbulda keçirilməsi planlaşdırılıb.trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar