SON XƏBƏRLƏR

Türkiyə Cümhuriyyətə dəvam yoxsa Osmanlıya doğru?!

2021.10.20, 07:36
Türkiyə Cümhuriyyətə dəvam yoxsa Osmanlıya doğru?!

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Son illər rəsmi Ankaranın yeritdiyi çoxşaxəli siyasət, xüsusilə hazırki dönəmin ciddi müzakirə mövzusu olan “açılım” diplomatiyası dünyada “Türkiyə Osmanlıya qayıdır” narahatlığını yaradıb. Artıq dünyanın nüfuzlu media orqanları Ankaranın üzünü Şərqə tutduğu, türk-müsəlman birliyi yaratmağa çalışdığı, bölgənin əsas gücünə çevrilməyə cəhd etdiyi, dolayısı ilə Osmanlı İmperiyasının nüfuz dairəsini bərpa etməyə səy göstərdiyi barədə yazırlar. Bu proses ölkə daxilində də ciddi meyllər və anti-meyllər formalaşdırıb. Türkiyənin taleyinin Osmanlıya qayıdışla bağlı olduğunu düşünən mütəxəssislərlə yanaşı, Cümhuriyyət idarəçiliyinin zəifləməsini təhlükə kimi qəbul edənlər də var. Birinci yanaşmanın tərəfdarları hesab edirlər ki, Osmanlı İmperiyasının süqutundan və Birinci Dünya müharibəsinin başa çatmasından sonra Türkiyə “köşəyə qısdırıldı”. Müharibənin yekunlarına dair bağlanan sülh müqavilələri ilə ölkənin əsas təbii və insani resurslarının əlindən alındığı və ərazisinin dəfələrlə keçildiyi qənaətində olanlar bununla barışmağı qəbul etmirlər. Bəzi dünya millətləri kimi imperiya təfəkkürünə malik olan türklərin gec-tez əski qüdrətlərini bərpa edəcəklərini düşünən analitiklər hesab edirlər ki, bu proses qarşısı alınmazdır və məhz Birinci Dünya Müharibəsindən məğlub çıxan alman xalqının atdığı addımı türk xalqı da atmalıdır. Osmanlıçılıq ideyasının tərəfdarları mono millət və milli mənsubiyyət üzərində qurulan, təsir imkanları əlindən alınan, nəhayət ərazisi Anadoludan ibarət olan Türkiyəni istəmirlər. Onlar məhz İslam bayrağı ilə tərkibinə daxil olan bütün millətləri bərabər şəkildə idarə edən, 3 qitəni tabeçiliyi altına alan qüdrətli Osmanlının qayıdacağına inanırlar. Bu cür düşüncə sahiblərindən fərqli olaraq, Cümhuriyyət tərəfdarları hazırda cərəyan edən proseslərdən narahatdırlar. Hazırki iqtidarın Cümhuriyyət idarəçiliyini dəyişməyə cəhd göstərdiyini iddia edən “respublikıçılar” hesab edirlər ki, Türkiyə üçün ən doğru seçim Atatürkün etdiyi seçimdir. Şimaldan cənuba 500, Şərqdən Qərbə 1500 km ərazi ilə razılaşan bu cərəyanın nümayəndələri imperiya təfəkkürünün qayıtmasını nədənsə hər şeyin sonu kimi görürlər. Amma qəbul etmək istəmirlər ki, Türkiyəni Cümhuriyyət kimi görmək istəyən ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Çin, hətta İsrail belə imperiya siyasəti yeridirlər. Yəni dünyanı kiçik respublikaların deyil, imperiyaların idarə etdiyini anlayanlar Türkiyəni öz “masalarına” oturtmaq istəmir, bunun üçünsə daxildəki “respublikaçıların” çörəyinə yağ sürtürlər. Bu tipli düşüncə sahiblərdindən olan tarixçi, Bilkent Universitetinin professoru Halil İnalcık iqtidarı Osmanlıya dönməmək məsələsində diqqətli olmağa çağırıb. SİA-nın məlumatına görə, Cümhuriyyətin getdikcə təməlindən sarsıldığını və təcili tədbirlər görülməli olduğunu bildirib. “Bu problemin həlli yolları tapılmalıdır. Biz Osmanlı deyilik. Osmanlı milli azlıqların üzərində hökm sürürdü. Eyni şeyi bizim də təkrarlamağımız doğru olmaz. Biz milli dövlətik, o isə imperiya idi. Hazırki proses çox pis nəticələr verə bilər”, - deyə tarixçi bəyan edib.sia

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar