SON XƏBƏRLƏR

NÖVBƏTİ TƏHQİR. İranın rəsmi televiziyası Güney və Quzey Azərbaycanı təhqir edən film yayıb

2021.10.20, 07:36
NÖVBƏTİ TƏHQİR. İranın rəsmi televiziyası Güney və Quzey Azərbaycanı təhqir edən film yayıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran dövlətinin 3-cü kanalı kimi tanınan rəsmi tele-kanal arazın hər iki tərəfində yaşayan Azərbaycan türklərini növbəti olaraq təhqir edib. adını çəkdiyimiz kanal noyabrın 12-də təmami ilə məqsəd yönlü şəkildə "sərhəd səfəri" adlı bir film yayıb. Bu film başdan ayağa Azərbaycan türk milləti üçün təhqir edici faktlarla doludur. Bu filmdə çalışılır ki arazın hər iki tərəfindən yaşayan tək Azərbaycanın xalqlarını birbirinə düşmən göstərsin. Filmin içəriyi bundan ibarətdir: "iki sərxoş və keyfli Aslan və Yaşar adlı Azərbaycanın sərhədçi əsgəri sərhəddə gəzərkən bir balıq tutmaqla məşqul olan lodkaya (qayıq) rastlaşırlar. Iki sərxoş Azərbaycanlı sərhədçı əsgər birbirləri ilə yarışa girirlər ki hər kəs lodkada kı (qayıq) İranlıları güllə ilə vura bilirsə o müsabiqəni udmuş olur. Bu şəkildə güllə atmaya başlayırlar. Lodkada isə bir ailəyə mənsub olan bir neçə nəfər varıymış. əsgərlər o ailənin atasını öldürürlər, uşaqların birisi qaçır o biri isə öldürülür. illər sonra Aslan və bacısı Sara, xəstələnmiş Aslanı müalicə etmək üçün İrana gəlirlər. təsadüf nəticəsində onların müalicə olunduğu xəstəxanada illər öncə lodkada Aslanın gülləsindən olmuş atanın, qızıda mealicə olunur. İranlı qızın qardaşı Rza bu ərəfədə Saranı görür və ona aşıq olur. Bir çox macəralardan sonra Rza anlayir ki sevdiyi qızın qardaşı onun atasının qatilidir. Bir çox mərhələdən sonra Rza İrandan aldığı tərbiyəyə görə, ari (ariyayi) irqinin nəcibliyinə görə Aslanı bağışlayir və Saraya evlənmə təklifi verir və Sara qəbul edir və qara çadıra başına salıb İrana gəlir və Azərbaycan Respublikası əhalisinin İrana qovuşması istəyi haqda söhbətlər edir". Bu filmdə Quzey Azərbaycanlılar vəhşi, adam öldürən, sərxoş və quldur göstərilir. Arazın o tərəfindəkilər isə fars və ari (ariyayi) irqinin iltifatı və tərbiyəsi sayəsində bağışlayan, ziyalı və düşüncəli göstərilir. Şərhçilərin fikrinə görə, İran KİV-nin belə əməlləri İranın Güney və Quzeyin birləşməsinin nə qədər real olduğundan qorxduğunu göstərir. bütün bu kimi əməllər bu qorxulu gələcəyi önləmək üçün hayata keçirilir. Ancaq bunun mənfi təsiri daha realdır. Elə bu filmin yayılması Azərbaycan türk milləti için də böyük narazılığa səbəb olub və öz etirazlarını bildirmək üçün hər bir imkandan istifadə edəcəkləri gözlənilir.GÜNAZ.TV Qeyd edək ki adını çəkdiyimiz tele-kanal ETTELAAT (İran Kəşfiyat Nazirliyi) və SEPAH (İnqilab Keşikçilər Korpusu) kontrolu altında olan bir tele-kanaldır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar