SON XƏBƏRLƏR

Tehran və Moskva münasibətləri dəyişir

2021.10.20, 07:36
Tehran və Moskva münasibətləri dəyişir

Gunaz.tv
Tehran Moskvadan S-300 raketlərini təhvil verməsini tələb edir İranın müdafiə naziri, baş qərargah rəisi rusları öhdəliklərini yerinə yetirməyə çağırır İranın müdafiə naziri Əhməd Vahidi noyabrın 11-də jurnalistlərə açıqlamasında Rusiyanı İsrailin təzyiqlərinə boyun əyməməyə və iki ölkə arasında imzalanmış müqavilədə göstərilən S-300 raket sistemini Tehrana təhvil verməyə çağırıb. O, Rusiyanı həmin müqaviləyə əməl etməyə səsləyib: "İnanmıram ki, Rusiya dünyada etibarsız bir tərəfdaş kimi tanınmaq istəsin. Əgər ruslar da bizim kimi fikirləşirlərsə, onda sionistlərin təzyiqlərindən təsirlənməməli, bizimlə bağladıqları müqaviləyə əməl etməlidirlər". Hətta noyabrın 8-də İran parlamentinin milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Burucerdi jurnalistlərə açıqlamasında Rusiya ilə İranın nüvə sahəsindəki geniş münasibətlərinə toxunaraq, Moskvanı vədlərinin üstündə durmamaqda və qarşılıqlı öhdəlikləri pozmaqda günahlandırıb: "Əgər S-300 raket sistemilə bağlı gedən söz-söhbət Rusiyanın rəsmi mövqeyi olsa, onda bu onların növbəti dəfə əhdi pozması anlamına gələcək. Bu məsələ köhnə bir macəranın təkrarı deməkdir. Vəziyyətin belə davam etməsi ruslara ziyan olacaq. Bizim onlarla müxtəlif sahələrdə geniş əməkdaşlığımız var. Verdikləri sözün üstündə durmasalar və müzakirələrin nəticəsiz qalmasına səbəb olsalar, iki ölkə arasındakı münasibətlərə çox mənfi təsir göstərəcək". Xatırladaq ki, S-300 raket sistemi hava hücumundan müdafiə üçündür. Bununla bağlı Rusiya ilə İran arasında 800 milyon dollar dəyərində olan müqavilə iki il əvvəl imzalanıb. Dünən isə İran Rusiyadan S-300 raketlərinin təhvilini tələb edib. İranın Baş Qərargah rəisi general- polkovnik Həsən Firuzabadi S-300 raketləriylə bağlı olaraq Rusiyadan öhdəliklərin yerinə yetirilməsini gözlədiklərini söyləyib. Həsən Firuzabadi S-300 raketlərinin Rusiya ilə müqavilə imzalandığını xatırladıb, S-300 raketlərinin verilməsi üçün nəzərdə tutulan 6 ayın keçməsinə baxmayaraq Rusiyanın hələ də öhdəliklərini yerinə yetirmədiyini deyib. Qeyd edək ki, bu günlərdə müdafiə naziri Əhməd Vahidi və parlamentin milli təhlükəsizlik və xarici siyasət komissiyasının başçısı Ələddin Burucerdi də Rusiyadan müqaviləyə uyğun olaraq öhdəliklərini yeriniə yetirməyə çağırıblar. Əks halda iki ölkənin münasibətlərində problemlərin yaşanacağını söyləyiblər. Onu da deyək ki, S-300 raketləriylə bağlı İran və Rusiyanın bəyanatları bir-birinə uyğun gəlmir. İran gözlənilən ABŞ və İsrail hücumuna qarşı S-300 raketlərini hazır vəziyyətə gətirməyə çalışır. Bir müddət əvvəl RF Hərbi və Texniki İşbirliyi sədrinin müavini Aleksandr Fomin S-300 hava müdafiə sistemlərinin İrana satılmayacağını açıqlayıb. Dövlət Dumasının Xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçev də S-300 raketlərinin İrana satılmasının gündəmdə olmasını bildirib. Onu da deyək ki, İran və Rusiyanın 800 milyon dollarlıq 5 ədəd S-300 sistemlərinin alqı-satqısı haqqında müqavilə imzalamasını ABŞ, İsrail və Avropa ölkələri etirazla qarşılayır. ABŞ müdafiə naziri Rusiyanın S-300-ləri İrana verməsi halında Orda Şərqdəki balansın alt-üst olacağını açıqlayıb. İsrail prezidentinin, baş nazirinin və baş qərargah rəisi səviyyəsində bir-birinin arldınca Rusiyaya səfərlərin məhz S-300 raketləriylə əlaqədar olduğu bildirilir. Qərb mətbuatı ABŞ və İsrailin təzyiqləri, vədləri nəticəsində Rusiyanın S-300-ləri İrana satmağı gecikdirdiyini vurğulayırlar. Məlumatlara görə, ən inkişaf etmiş hava müdafiə sistemi olan S-300-lər 150 km-dən "Cruise" raketlərini və qırıcı təyyarələri vura bilirlər. Qurudan havaya eyni vaxtda 100 hədəfi nişan alan S-300-lər hədəfə doğru saniyədə iki kilometr sürətlə harəkət edə bilir. Səddam Hüseyn dönəmində İraqla 8 illik müharibədən sonra İran müdafiəyə xüsusi diqqət yetirməyə başlayıb. Amma ABŞ və Avropa ölkələrinin müxtəlif sahələrdə embarqolarına məruz qalan Tehran yerli müdafiə sistemlərinin qurulmasına önəm verib, 2 min kilometri vuran "Şahab-3" və "Siccil-1" raketlərini yaradıb. Fars-molla rejimi 2007-ci ildə Rusiyadan 700 milyon dollara orta mənzilli hava müdafiə sistemi Tor-M1 raketlərini alıb və S-300-lərlə bağlı anlaşma imzalayıb.Turqut

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar