SON XƏBƏRLƏR

Türkiyədə Ərdoğana etimad azalıb, Baykala və Baxçalıya isə artıb

2021.10.20, 07:36
Türkiyədə Ərdoğana etimad azalıb, Baykala və Baxçalıya isə artıb

Gunaz.tv
Baş nazir Rəcəb Tayyib Ərdoğana etimad 17.2 faiz azalıb CHP sədri Dəniz Baykala etimad 9.6 faiz, MHP sədri Dövlət Baxçalıya etimad 7 faiz artıb Dünən Türkiyə Böyük Millət Məclisində "demokratik açılım" və ya "kürd açılımı" deyilən layihə müzakirəyə çıxarılıb. Bu müzakirələrin bir neçə gün davam edəcəyi, siyasi ehtirasların daha da qızışacağı gözlənilir. Artıq Türkiyənin müxalifət partiyaları-CHP və MHP növbəti dəfə AKP-nin "demokratik açılım" layihəsinin əleyhinə çıxıblar, bu işin ölkənin parçalamağa, vətəndaşlar arasında qarşıdurma yaratmağa yönəldiyini bəyanlayıblar. Artıq neçə aydır ki, Türkiyə cəmiyyətində AKP-nin "açılımlar"ına qarşı etiraz aksiyaları genişlənir, terrorçu PKK-çıların təntənəli qarşılanma mərasimi isə ölkədə şəhid ailələrinin, qazilərin etirazını daha da şiddətləndirib. Siyasi ekspertlər vurğulayırlar ki, "kürd açılımı", "erməni açılımı" növbəti seçkilərdə AKP-nin sonunu gətirəcək. Təxminən 10 gün əvvəl PEU şirkətinin apardığı rəy sorğusu AKP-yə dəstəyin 38 faizdən 31 faizə endiyini, CHP-yə dəstəyin 23-dən 29-a, MHP-yə dəstəyin isə 14-dən 19 faizə yüksəldiyini üzə çıxarıb. Bir sözlə, "açılımlar" ortaya çıxandan sonra cəmiyyətdə AKP-nin fəaliyyətinə qarşı etirazlar artıb. AKP-yə yaxınlığıyla bilinən "Metropol" sorğu şirkətinin son sorğusu da təəccüblü nəticələr ortaya çıxarıb. Rəy sorğusuna görə, əhalinin 51.6 faizi "demokratik açılım" prosesinə qarşıdır, 59.1 faiz isə hökumətin prosesi yaxşı idarə edə bilmədiyini düşünür. Sorğunun nəticələri barədə "Cümhuriyyət" qəzetində əksini tapan yazıda göstərilir ki, baş nazir Rəcəb Tayyib Ərdoğana etimad bir ildə 17.2 faiz geriləyib, CHP sədri Dəniz Baykala etimad 9.6 faiz, MHP sədri Dövlət Baxçalıya etimad isə 7 faiz artıb. Əhalinin 63.2 faizi Türkiyənin hər keçən gün daha pisə doğru getdiyini, vəziyyətin ağırlaşdığını düşünür. "Metropol"lun "Demokratik açılım və çevriliş sənədi" başlıqlı araşdırması 31 vilayətdə cəmi 1253 adamın iştirakıyla keçirilirb. Sorğuda diqqət çəkən məsələlər belədir. Anketdə "Yaşadığınız bütün şərtləri diqqətə alanda həyatınızdan nə qədər məmnunsunuz?" sualına respondentlərin 49.9 faizi "məmnun deyiləm", 43.1 faizi isə "məmnunam" cavabını verib. Həyatından "çox məmnun" olduğunu söyləyənlərin nisbəti 6.2 faiz olub. Halbuki şirkətin 2009-cu ilin avqustunda keçirdiyi araşdırmaya görə məmnuniyyət nisbətində 11.5 faiz azalma baş verib, məmnuniyyətsizlik nisbəti isə 15.5 faiz artıb. Sorğuya görə əhalinin 63.2 faizi Türkiyənin "pisə doğru getdiyini" düşünür. Ölkənin "yaxşıya doğru getdiyi"ni düşünənlərin nisbəti 31.2 faizdir, 5.6 faiz bu məsələdə tərəddüd edir. Şirkətin bu ilin avqustda keçirdiyi araşdırmada Türkiyənin ümumi vəziyyətinin, gedişatınının yaxşı görənlərin nisbəti 37.6 faiz idi. Ölkənin gələcəyindən ən çox narahatlıq duyan 78.6 faizlə Egey bölgəsi, sonra isə 74.9 faizlə Aralıq dənizi bölgəsidir. "Demokratik açılım" prosesiylə ön plana çıxan Güneydoğu və Şərqi Anadolu bölgələrində isə əhalinin yarıdan çoxu ölkənin "yaxşıya doğru getdiyini" düşünür. "Demokratik açılım" prosesini dəstəkləyirsiniz və ya ona qarşısınız?" sualına respondentlərin 51.6 faizi "Qarşıyam" cavabını verib, prosesi dəstəkləyənlərin nisbəti 35.4 faiz olub. Respondentlərin 8.5 faizi tərəddüd edib, 4.6 faiz isə da "qismən dəstəkləyirəm" cavabını verib. Xatırladaq ki, prosesi dəstəkləyən və qismən dəstəkləyənlərin nisbəti əvvəlki araşdırmada yüzdə 52.9 faiz idi. Aradan keçən 2 ayda xüsusilə terrorçu PKK-çıların dağdan enib təslim olmasında yaşanan görüntülər bu nisbəti 12.9 faiz gerilədib. Hökuməti bu məsələdə uğursuz sayanların nisbəti 59.1 faizdir, uğurlu sayanlar isə 28.3 faizdir, qismən müvəffəqiyyətli sayanlar isə 6.6 faizə çatıb. "Demokratik açılım" prosesi hökumətə və baş nazirə baxışınızı müsbət və ya mənfi istiqamətdə təsir edir?" sualına, respondentlərin 56.6 faizi "mənfi təsir edir", 38.2 faizi isə "müsbət təsir edir" deyə cavab verib. Anketə cavab verənlərin yarıdan çoxu bu məsələdə CHP və MHP liderlərinin ifadələrini də dəstəkləmədiklərini açıqlayıb. Amma bu iki liderə son 2 ayda dəstəyin artdığı ortaya çıxıb. Dəniz Baykalı dəstəkləyənlərin nisbəti avqustdan bəri 25.6 faizdən 31.5 faizə artıb, Dövlət Baxçalıya olan dəstək də 29.9 faizdən 33 faizə yüksəlib. Anketlər DTP-yə qarşı böyük etirazı ortaya qoyub. DTP-nin açıqlamalarının prosesə mənfi təsir etdiyini düşünənlərin nisbəti 76.7 faizdir. Terrorçu PKK-çıların təslim olması prosesində yaşananların tənqid edənlərin nisbəti 93.9 faizə çatıb. Anketdən çıxan bir başqa təəccüblü nəticə də çevrilişlə bağlı polkovnik Çiçəyə aid olduğu irəli sürülən sənədin Türkiyə Silahlı Qüvvəllərinin imicini necə təsir etməsi barədə olub. "Polkovnik Çiçəyin hazırladığı deyilən sənədin gerçək çıxması sizin baş qərargah rəisinə və Türkiyə Silahlı Qüvvəllərinə etibarınızı necə təsir etdi?" sualına 42.9 faiz "etimadım dəyişmədi", 33.7 faiz isə "mənfi təsir etdi" deyib. Bu hadisədən sonra TSQ-yə güvəninin artdığını ifadə edənlərin nisbəti isə 9 olub. Bu sənədlə bağlı yaşanan mübahisələr nəticəsində baş qərargah rəisi, ordu generalı İlkər Başbuğun istefa verib-vrməməsiylə əlaqədar sualdan da generala dəstək çıxıb. Respondentlərin 50 faizi TSQ-nin baş qərargah rəisinin vəzifədə qalmasını, 31.7 faizi isə vəzifədən ayrılmasını daha doğru sayıb. Anketdə "Orduda demokratiya əleyhdarı və hüquqdan kənar fəaliyyətlərin mühakimə olunma yeri mülki, yoxsa, hərbi məhkəmələr olmalıdır?" sualına respondentlərin 51.6 faizi "hərbi məhkəmə", 39.3 faizi isə "mülki məhkəmə" cavabını verib.Bayram Alı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar