SON XƏBƏRLƏR

İstanbulda Milli Hökumətin qurulmasının ildönümü ilə bağlı tədbir keçirilib

2023.12.14, 13:33
İstanbulda Milli Hökumətin qurulmasının ildönümü ilə bağlı tədbir keçirilib

1945-ci ildə Güney Azərbaycanda qurulmuş Milli Hökumətin 78-ci ildönümü ilə bağlı Türkiyənin İstanbul şəhərində tədbir keçirilib.

Gunaz.tv

"Türk Ədəbiyyatı Fondu və İstanbul Kültür Evi"nin təşkilatçılığı ilə baş tutan tədbirdə Güney Azərbaycan. Azərbaycan respublikası və Türkiyə Cumhuriyyətindən olan alim və tədqiqatçılar iştirak edib.

Tədbirdə Güney Azərbaycandan olan milli fəal və tədqiqatşı Kürşad Ağdərəli, Yalova Universitetindən Mehdi Nəimi, Marmara Universitetindən yazıçı və jurnalist Məhəmməd Rəhmanifər çıxış edib, Milli Hökumətin yaranma zərurəti, devrilməsi və onun devrilməsindən sonrakı dövrdə mərkəzi hakimiyyətin cinayətlərindən danışıblar.

Tədbirin ikinci hissəsində Kirkeli Universitetinin müəllimi Gülaara Yenisey, İstanbul Universitetinin tarixçisi Anar Can Kitay, İstanbulda fəaliyyət göstərən "Qarabağ Azərbaycandır" birliyinin rəhbəri Dr.Elvin Əbdülrəhmanov, "Türk Ədəbiyyatı Fondu"nun başçısı Sərhat Kabaklı, Bilkənt Universitetinin professoru Əsəd Arslan, GAMOH qadınlar bölməsinin başçısı Ada Həsənli "21 Azər" hərəkatının əhəmiyyəti və Milli Hökumət barədə fikirlərini bölüşüblər.

Tədbiri Azərbaycan Respublikasından olan gənc tədqiqatçı alim Dilqəm Əhməd və araşdırmaçı jurnalist Aynur İmran aparıb.

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar