SON XƏBƏRLƏR

Şirin İbadi: İranda Hüquqşünaslara təzyiqlər artır

2021.10.20, 07:36
Şirin İbadi: İranda Hüquqşünaslara təzyiqlər artır

Gunaz.tv
Nobel Sülh Mükafatı laeruatı İranlı hüquqşünas və vəkil xanım Şirin İbadi bildirib ki, İran hakimiyyəti ona və digər hüquqşünaslara təzyiqləri artırırr. Onun sözlərinə görə İran Vergilər Nazirliyi Nobel sülh mükafatı aldığına görə ondan 410 milyon tümən (420 min dollar) vergi tələb edir. Xanım İbadi BBC-yə verdiyi müsahibəsində bildirib ki, son günlərdə BMT-nin Baş Katibi Ban Ki Munla görüşüb və İranda hüquq müdafiəçilərinə qarşı təzyiqlər haqda BMT-nin Baş Katibinə və İnsan Hüquqları üzrə Komisar Navantim Pilaya məlumat verib. Şirin İbadi bildirib ki, İranda onun başçılıq etdiyi “İnsan Haqları Müdafiə Dərnəyi”-nin hüquqşünasları Əbdülfəttah Sultani, Məhəmmədəli Dadxah və Əbdülrza Tacik həbs olub. Digər hüquqşünaslar Nəsrin Studə, Nərgis Məhəmmədi və Hadi İsmailzadə isə ölkədən çıxma qadağası ilə cəzalandırılıblar. İbadi bildirib ki, onun haqqında həbs olunma və ya ölkədən çıxma yasağı kimi qərarlar alınmasa da bütün bank hesabları dondurulub, Nobel mükafatı medalı və “lejiyon dionor” medalı isə bankda saxlandığına görə dövlət tərəfindən zəbt edilib. İbadi ondan istənilən 410 milyon tümən vergiyə toxunaraq bildirib ki, İran qanunlarına görə mükafatlar birbaşa vergidən azaddır və 5 ildir ki, ondan vergi istəyən olmamışdır, amma son seçkilərdən sonra insan hüquqlarının pozulmasına etiraz etdiyinə görə belə məsələlər gündəmə gətirilib. Xatırladaq ki, İran insan hüquqlarının ən çox pozulduğu ölkələrdən biridir. Hüquqşünasların təzyiqlərə məruz qalması da tez-tez rast gəlinən haldır. Şirin İbadi Nobel Sülh Mükafatı laurantı olduğundan və beynəlxalq aləmin diqqət mərkəzində yerləşdiyindən İran hakimiyyəti ona çox da təzyiq göstərmir. Buna baxmayaraq qeyri-təbii yollarla onu sıxışdırmağa çalışır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar