SON XƏBƏRLƏR

Milli fəal Cəlal Rəcəbzadəyə həbsxanada işgəncə verilir

2021.10.20, 07:36
Milli fəal Cəlal Rəcəbzadəyə həbsxanada işgəncə verilir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın milli-mədəni fəalı cənab Cəlal Rəcəbzadə həbsxanada ağır işgəncələr altında saxlanılır. Bu o halda baş verir ki Cəlal bəyə heç bir konkret ittiham irəli sürülməyib. Güney Azərbaycan İstiqlal Partiyasının Araşdırma və İnformasiya Mərkəzinin yaydığı məlumatda bildirilir ki Güney Azərbaycan milli hərəkat fəalı Cəlal Rəcəbzadə seçkilər zamani Musəvinin Təbriz şəhərinə gəlişinə etiraz olaraq keçirilən tədbirlərdə iştirak etdiyi üçün rejimin məmurları tərəfindən tutularaq 3 ay tək adamlıq kamerada və 25 gün xüsusi bölmədə işgəncə altında saxlanılıb . Hazırda milli hərəkat fəalı Cəlal Rəcəbzadə Təbriz həbsxanasında saxlanılır. Məlumatda deyilir ki Təbriz İnqilab məhkəmənin hakimi 40 milyon tümən mülki vəsiqə ilə onun müvəqqəti azadlığa çıxması qərarı çıxarıb və ailəsi tərəfindən bu məbləğdə vəsiqə hazırlanaraq məhkəməyə verilib.Ancaq məhkəmənin hakimi sənədi qəbul etməyib və milli fəal Cəlal Rəzəbzadənin azadlğı buraxılmasından imtina edib. Həmçinin, məlumata görə bu milli fəala qarşı irəli sürülən ittihamın nədən ibarət olması açıqlanmır və onun bütün məhbus hüquqları pozulur .

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar