SON XƏBƏRLƏR

Milli Sərdar Səttarxanın şəhid olduğu gün yaxunlaşdıqca, ETTELAAT da təhdidləri artırır

2021.10.20, 07:36
Milli Sərdar Səttarxanın şəhid olduğu gün yaxunlaşdıqca, ETTELAAT da təhdidləri artırır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, 3 gün sonra noyabr ayının 16-da Azərbaycan Türk Millətinin Milli Qəhramanı, Milli Sərdar Səttarxanın şəhid olduğu günün ildönümüdür. Bildiyiniz kimi bu ildə keçmiş illər kimi millətimiz öz Milli Qəhramanını ağırlamağa hazırlaşır. Artıq ənənəyə çevrilmiş ağırlama törəni hər il Tehranda Milli Sərdarın məzarı başında (şah əbdüləzim) qeyd olunur. Millətimizin bu ağırlama törəninə hazırlaşdığını görən ETTELAAT (İranın Kəşfiyat Nazirliyi) təşvişə düşüb. ETTELAAT Keçən illər kimi tədbirin qeyd olunmasının qarşısını alsın deyə müxtəlif metodlara əl atır. Milli hərəkatçılar ETTELAAT tərəfindən mərasimə qatılmasınlar deyə ayrı ayrı hədələnir. Bununla yanaşı ETTELAAT minlərlə mobil telefonlara SMS atıb və onları Milli Sərdar Səttarxanın ağırlama törəninə qatılmamağa çağırıb. əks təqdirdə Qatılanlar jiddi şəkildə cəzalandırılacaqlar deyə təhdid olunublar. Qeyd edək ki anoloji hallar keçən illərdə də ETTELAAT tərəfindən hayata keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar