SON XƏBƏRLƏR

Qardaş ölkələr arasında viza rejiminin ləğv ediləcəyi gözlənilir

2021.10.20, 07:36
Qardaş ölkələr arasında viza rejiminin ləğv ediləcəyi gözlənilir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycan və Türkiyə arasında viza rejimi qarşılıqlı olaraq ləğv ediləcək. Bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan məsələnin gündəmdə olduğunu bildirib. Türkiyənin "Sabah" qəzetinin verdiyi məlumata görə, T.T.Ərdoğan dünən rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasında Azərbaycanla viza rejiminin ləğvi barədə prinsip anlaşması əldə edildiyini açıqlayıb. O, yaxın günlərdə Türkiyəyə gələcək Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun səfəri zamanı müvafiq saziş imzalanacağını deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar