SON XƏBƏRLƏR

Hökümətin Kürdlərə nəzərdə tutduğu haqlar

2021.10.20, 07:36
Hökümətin Kürdlərə nəzərdə tutduğu haqlar

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bu gün Türkiyə Böyük Millət Məclisi kürd probleminin dinc yolla həllini nəzərdə tutan “demokratik açılım” paketini müzakirəyə çıxaracaq.Bakı vaxtıyla saat 15-də başlayacaq müzakirələrdə ilk çıxışı daxili işlər naziri, “demokratik açılım”ın koordinatoru Bəşir Atalay edəcək. O, paketin detallarını açıqlayacaq. Daha sonra Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal, Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı və Demoratik Toplum Partiyasının lideri Əhməd Türk danışacaqlar. Hər liderə bir saat çıxış vaxtı veriləcək. Bir saat da Ədalət və İnkişaf Partiyası adından fraksiya həmsədri Ömər Çelik danışacaq. Çıxış etmək istəyən iki millət vəkilinə də 20 dəqiqə ayrılacaq (hərəsi 10 dəqiqə.). Ən sonra baş nazir Rəcəb Teyyub Ərdoğan hökumət adına bir saatlıq çıxış edəcək. “Hürriyet” qəzeti bu gün bütün Türkiyənin gözünün dikiləcəyi “demokratik açılım” siyahısına dair bilgilər əldə edib. Bu bilgilərə görə, hökumətin “açılım”dakı qırmızı çizgiləri bəllidir – kürdlərə ümumi əfv və ana dildə təhsil haqqı tanınmayacaq, kürd əlifbasındakı hərflər Türkiyə əlifbasına daxil edilməyəcək, kürd açılımı ilə bağlı addımlar konstitusiyanın ilk üç maddəsi ilə ziddiyyət təşkil etməyəcək, dövlətin unitar forması müzakirə mövzusuna çevrilməyəcək. Kürdlərə verilməsi düşünülən haqlar isə bunlardır: - Həbsxanalarda kürdcə danışmağa izn veriləcək (Bu istiqamətdə addım artıq atılıb, keçən həftə Ədliyyə Nazirliyi bu istiqamətdə lazımi hüquqi dəyişikliyi həyata keçirib); - Silahlı aksiyalara qatılmayan kürd kökənli şəxslər Daxili İşlər Nazirliyinin təklifi ilə Türkiyə vətəndaşlığını yenidən qazana biləcək; - Şimali İraqdakı kürd hökuməti ilə əməkdaşlıq edilərək orada kürd qaçqınların yaşadığı Mahmur düşərgəsi boşaldılacaq. PKK-nın əsas düşərgəsi olan Kandilin boşaldılması indiki mərhələdə çox çətin görünür. Bu səbəbdən də Türkiyə Cəza Qanunun peşmanlıqdan istifadəni nəzərdə tutan 221-ci maddəsində dəyişiklik ediləcək, PKK-çıların geri dönüşü asanlaşdırılacaq; - Başda Diyarbəkir həbsxanası olmaqla bütün həbsxanalara Avropa standartları tətbiq olunacaq. Xüsusilə 1980-ci illərdə işgəncələrlə gündəmə gələn Diyarbəkir həbsxanası boşaldılacaq; - Şərqi və Cənub-Şərqi Anadoludakı nümayişlərdə polisə daş atdığı üçün 30 ilə qədər həbs tələbi ilə mühakimə olunan 115 uşaq həbsxanaya göndərilmək yerinə reabilitasiya olunacaq. Bundan sonra da daş atan uşaqlar həbs olunmayacaq. Hökumət artıq terror cinayətlərində cəzaları artıran müddəaların 18 yaşdan aşağı şəxslərə şamil edilməməsini nəzərdə tutan qanun dəyişikliyi layihəsini TBMM-ə təqdim edib. Bu layihəyə görə, uşaqlar üçün istənən cəzalar yarıbayarı azaldılacaq. Uşaq Qoruma Qanununda nəzərdə tutulan qoruyucu müddəalar terrorla bağlı cinayət işlərinə də tətbiq olunacaq. Uşaqlar xüsusi səlahiyyətli ağır cinayət məhkəmələrində deyil, uşaq məhkəmələrində mühakimə olunacaqlar; - Özəl televiziyalarda 24 saat kürdcə yayıma izn veriləcək. Radio Televiziya Ali Şurası artıq bu barədə qərar qəbul edib. “TRT Şeş”lə yanaşı, özəl televiziyalar da istədikləri qədər kürdcə proqram yayımlaya biləcəklər; - Məskunlaşma yerlərinə kürdcə adların verilməsinə izn veriləcək. Bu istiqamətdə də ilkin addımlar atılıb. Türkiyənin Şərqi və Cənub-Şərqi Anadolu hissəsində adları daha sonradan türkcəyə çevrilən kürd kəndlərinin adlarının istifadəsinə icazə verilməsinə başlanıb. Kiçik kəndlərdə ilk ad dəyişiklikləri həyata keçirilir; - Yerli idarəetmə orqanları gücləndiriləcək. Açılımın ən geniş maddəsi də budur. TBMM-də olan yerli idarəetmə orqanlarında islahat layihəsi müzakirəyə çıxarılacaq, mərkəzi idarəetmə orqanlarının bir çox səlahiyyətləri yerli idarəetmə orqanına – bələdiyyələrə veriləcək; - Yenidən mühakimə imkanı veriləcək. Hökumətin TBMM-ə təqdim etdiyi qanun layihəsi əvvəllər PKK lideri Abdulla Öcalanın yenidən mühakiməsini əngəlləmək məqsədilə qəbul edilən və sonra başqa işlərdə də əmsal kimi istifadə olunan hökmün ləğvini nəzərdə tutur. Bu dəyişikliklər Avropa İnsan Haqları Məhkəməsinin yenidən mühakimə qərarı verdiyi 208 cinayət işi yenidən məhkəmələrə göndəriləcək; - İfadə azadlıqları da genişləndiriləcək. Türkiyə Cəza Qanununun ifadə azadlığını ehtiva edən 216-cı maddəsinə dəyişiklik edilməsi nəzərdə tutulur. Hazırda bu layihə üzərində iş gedir; - Kürdcə seçməli dərsə icazə verilə bilər. Hökumət tədris dilinin türkcə olması hökmünü dəyişdirməyəcək. Ancaq məktəblərdə ingiliscə, fransızca kimi kürdcənin də seçməli dərs olmasının qarşısı açılacaq; - Universitetlərdə kürdcə institutlar, kürd dili və ədəbiyyatı bölümləri yaradılacaq; - Siyasətçilərə ana dillərində təbliğat haqqı veriləcək. Hökumət Avropa Birliyinin də tənqidlərini nəzərə alaraq Siyasi Partiyalar Qanununun “Azlıq yaradılmasının qarşısının alınması” başlıqlı maddəsini dəyişdirməyi düşünür. Beləliklə, siyasətçilər seçki kampaniyaları dövründə mitinqlərdəki çıxışlarında, plakat, lövhə və broşurlarında kürdcədən də istifadə edə biləcəklər; - Ortaq tarix istiqamətində addımlar atılacaq. İlk və orta təhsil dövründə tarix dərsliklərində dəyişikliklər ediləcək, kürdləri yox sayan ifadələr dəyişdiriləcək.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar