SON XƏBƏRLƏR

İsfahan universitetində: “Azərbaycan milləti, qəbul etməz zilləti”, “Haray haray mən türkəm"

2021.10.20, 07:36
İsfahan universitetində: “Azərbaycan milləti, qəbul etməz zilləti”, “Haray haray mən türkəm"

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İsfahanın Şəhid Mühacir universitetinin zalında Azərbaycan musiqisinin konserti başladıqdan sonra ışıqların kəsilməsi zalda müxtəlif universitetlərdən toplanmış Azərbaycanlı türk öyrəncilərinin sərt reaksiyasına səbəb olub. ışıqların kəsilməsini məqsəd yönle hesab edən soydaşlarımız milli şüarlarla təşkilatçılara reaksiya veriblər. 400-dən çox Azərbaycanlı türk öyrəncisi bu şüarları ilə zalda tam başqa əhval ruhiyəsi yaradıblar: “Azərbaycan var olsun, düşmənləri xar olsun”, “Azərbaycan milləti, qəbul etməz zilləti”, “Haray haray mən türkəm” və s. Farsistanın qəlbində səslənən şüarlardan qorxuya düşən universitet məsulları o cümlədən universitetin rektoru həmən hərəkətə keçib, özlərini öyrəncilərə çatdıraraq ışıqların söndüyü üçün üzrxahlıq ediblər və söz veriblər ki ən qisa zamanda universitetin vəsaiti hesabına Azərbaycan türk dilində musiqi konserti bərpa olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar