SON XƏBƏRLƏR

İranda məktəbli qızlar üçün fərqli dərsliklər yazıla bilər

2021.10.20, 07:36
İranda məktəbli qızlar üçün fərqli dərsliklər yazıla bilər

Gunaz.tv
İran təlim-tərbiyə nazirinin köməkçisi Mohiəddin Bəhram Məhəmmədiyan jurnalistlərə açıqlamasında məktəbli qızlar üçün ayrıca dərsliklərin hazırlanacağını bildirib. Məhəmmədiyan məktəbli qızlar üçün ayrıca dərsliklərin hazırlanmasını onların erkən həddi-buluğa çatması ilə bağlayıb: “Misal üçün, qızlar 9 yaşında yetkinlik həddinə çatırlar. Din ehkamları baxımından onların üzərinə özəl vəzifələr düşür və elə buna görə də onlar dini baxımdan xüsusi təlimə möhtacdırlar. Məhz bunun üçün də onların özlərinə məxsus ayrıca dərslikləri olmalıdır”. Təlim-tərbiyə üzrə tanınmış ekspert Səid Peyvəndi isə jurnalistlərə açıqlamasında məktəbli qızlara ayrıca dərsliklərin hazırlanmasına qarşı çıxdığını bildirib: “Dünyanın bütün təlim sistemlərində tam əks istiqamətdə hərəkət edirlər. Hətta bölgədəki müsəlman ölkələrində də dərsliklərdə oğlanla qızlar arasındakı fərqi, ayrı-seçkiliyi ortadan qaldırmağa çalışırlar. Lakin İran dərsliklərində qızla oğlan, qadınla kişi arasında bərabərsizliyi, ayrı-seçkiliyi şagirdlərə aşılayan elementlər artmaqdadır. Təəssüflər olsun ki, bu dərsliklərdə qadın hər yerdə ikinci dərəcəli bir varlıq kimi göstərilir, şəxsiyyəti alçalmış bir insan kimi təqdim edilir”.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar