SON XƏBƏRLƏR

İran indidə "Aftab" yağları ilə Azərbaycanı zəhərləyir

2021.10.20, 07:36
İran indidə "Aftab" yağları ilə Azərbaycanı zəhərləyir

Gunaz.tv
Azərbaycan XİN Tehrana etiraz notası göndərib İmam Xomeyni adına İmdad Komitəsinin qaçqın və məcburi üçün göndərdiyi günəbaxan yağları həddən artıq zəhərli maddələrlə "zəngindir" Tehran Azərbaycan xalqının genefondunun məhvi istiqamətində də gizli plan həyata keçirir Son illərdə İrandan ölkəmizə gətirilən narkotik maddəllərinin qarşısının alınması barədə məlumatlara tez-tez rast gəlirik. Bu İranın fars- molla rejiminin Azərbaycan Respublikasına qarşı təxribatlarından yalnız bir nümunədir. Tehran rejimi ölkəmizə qarşı siyasi, hərbi, iqtisadi təxribatlarla yanaşı, genefondumuzun məhvi istiqamətində planlar reallaşdırır. Fars rejiminin genefondumuzun məhvi istiqamətində növbəti təxribatının faş olması barədə aşağıda məlumat verəcəyik. Həmişə "müsəlman həmrəyliyin"dən dəm vuran fars rejiminin ölkəmizə "islam inqilabı ixrac etmək" cəhdlərinin qarşısı dəfələrlə alınıb. Artıq həm Azərbaycan dövləti, həm də cəmiyyətimiz İranın fars-molla rejiminin necə də dəhşətli "müsəlman" olduğunu kifayət qədər yaxşı başa düşür. Çünki Azərbaycan torpaqlarının işğalında birmənalı olaraq, Rusiyaya və Ermənistana dəstək verən, Şuşanın işğalında, Xocalı faciəsinin törədilməsində birbaşa əli olan fars-molla rejiminin mahiyyəti ötən illər ərzində daha aydın şəkildə ortaya çıxıb. Güney Azərbaycanda 35 milyon soydaşımızı repressiya, təzyiqlər altında saxlayan şovinist fars rejimi Azərbaycan Respublikasının öz problemlərini həll etməsindən qorxur. Çünki, ehtiyatlanır ki, problemlərini həll edən, torpaqlarını farsların qardaşı olan ermənilərdən azəd edən Azərbaycan Respublikası bütün bölgənin taleyinin müəyyənləşməsində mühüm rol oynayacaq. Nəticədə İranda, tarixi torpaqlarında yaşayan 35 milyon Azərbaycan türkü, 5 milyona yaxın qaşqay, şiraz türkləri, türkmənlər Azərbaycan Respublikasına daha çox ümidlə, rəğbətlə, məhəbbətlə baxmağa başlayacaqlar. Bu isə farsları, eləcə də manqurtları yaman təlaşlandırır. Ona görə də yuxarıda qeyd etdiyimiz kimi, torpaqlarımızın işğalında yaxın rol oynamaqla yanaşı, Azərbaycan gənclərinin narkotikaya aludə olmasına çalışır. Məncə, İranın fars-molla rejiminin narkotik maddələri qonşu ölkələrə, o cümlədən Avropaya, Rusiyaya, Türkiyəyə ixrac etmək planları nüvə silahı əldə etmək proqramından daha təhlükəlidir. Dünya mətbuatında çıxan bir sıra məlumatlar da onu təsdiqləyir ki, fars rejimi Əfqanıstandakı "Taliban" hərəkatını gizli şəəkildə dəstəkləyir, silahlandırır və bu gün faktiki olaraq "Talibanın" narkotika alverindəki dileri rolunu yerinə yetirir. Çox təəssüf ki, hələ Qərb Azərbaycanın, Türkiyənin çağırışlarına laqeyd yanaşır, mətbuatımızda yazılanlara barmaqarası baxır. Qeyd edək ki, İran PKK terror təşkilatının Türkiyəyə qarşı əməllərinə şərait yaradır, terrorçu "Həmas" və terrorçu "Hizbullah"a dəstək verməklə Orta Şərqdə sülhün əldə olunmasına mane olur. Bu faktları sadalamaqda məqsədimiz İranın öz niyyətlərinə çatmaq üçün hər cür cinayətkar işə əl atdığını göstərməkdir. Azərbaycanda həyatə keçirilən nəhəng enerji layihələrininə mane ola bilməyən, "Alov" yatağında işlərin qarşısını almaq üçün üstümüzə qırıcı təyyarələr, hərbi gəmilər göstərən fars-molla rejiminin ölkəmizə qarşı bəd, namərd əməllərinin sayı-hesabı yoxdur. Həmin namərd əməllərdən biri isə bu günlərdə məlum olub. Neçə illərdir ki, İmam Xomeyni adına İmdad Komitəsinin, "Əlhudə" cəmiyyətinin Azərbaycanda casus şəbəkəsi yaratması haqqında yazılır, deyilir. "İmdad" adını öz üzərinə yazıb müsəlmanlara qarşı namərd əməllərlə məşğul olan bu təşkilatın qaçqın və məcburi köçkünlərə "yardım" adıyla təxribatlarla məşğul olması da dönə-dönə qeyd olunub. Məlumatlarında Azərbaycan Respublikasının adını "Az.R" və ya Ş.İ.R. (Şimali İran Respublikası) kimi yazan bu imdadsız təşkilatın humanitar aksiyalar pərdəsi altında ölkəmizə qarşı geniş təxribat planları həyata keçirməsi faktdır. Ölkəmizdə 14 ildir ki, fəaliyyət göstərən təşkilat "xeyriyyəçilik və ehsan vermək" adı altında dövlətimizə qarşı təbliğat aparır. "İranın "İmdad", "Əlhudə" cəmiyyətləri həm Bakıda, həm də rayonlarda yoxsul insanlara yağ, püstə paylayıb şüurları dəyişməyə çalışırlar. Yeri gəlmişkən, qeyd edək ki, "İmdad" Komitəsinin rəsmilərindən biri Azərbaycan Respublikasında 30 rayon və 500 kəndin aztəminatlı ailələrindən təqribən 50 min nəfərə humanitar yardım verdiklərini bildirir, digəri isə 19 şəhər və rayonunda nümayəndəliyinin olduğunu, 35 min nəfərə yardım göstərdiklərini açıqlayır. Bu bir tərəfdən fars-molla rejiminin yalançılığını göstərirsə, digər tərəfdən, ölkəmizdə 35-50 min insanın "islam inqilabının ixracı" təbliğatıyla üzləşdiyini göstərir. Ötən ilin sonu, bu ilin əvvəlində İmam Xomeyni adına İmdad Komitəsi Azərbaycan Respublikasına humanitar yardım göndərib. "İmdad" təşkilatı bildirib ki, Qarabağ şəhidlərinin ailə üzvlərinə, başsız ailələrə, Qarabağ qaçqınları və aztəminatlı ailələrə ünvanlanan yüklər arasında qida məhsulları olub. Amma çox keçmədən qalmaqal yaranıb. İranın fars-molla rejiminin qaçqın və köçkün ailələrinə nəyi "hədiyyə" etdiyi üzə çıxıb. Bir müddət əvvəl Azərbaycan Respublikasının sanitar karantin müfəttişləri "İmdad" komitəsinin "xeyriyyə məqsədilə" payladığı "Aftab" günəbaxan yağlarının tərkibi ilə bağlı araşdırma aparıb. Məlum olub ki, yağların tərkibində insan səhhəti üçün həddindən artıq zərərli maddələr var. Məsələ o həddə çatıb ki, "Aftab" günəbaxan yağlara görə Azərbaycanın Xarici İşlər Nazirliyi İrana rəsmən etiraz notası verib. Bu da fars-molla rejiminin "xeyriyyə" təşkilatının azərbaycanlı qaçqın və köçkünlərə, başsız ailələrə göndərdiyi "yardım". Çox təəssüf ki, ötən illərdə bu qurumun "yardım" adıyla göndərdiyi ərzaq və başqa məhsulların nə qədər təhlükəli olması istiqamətində geniş araşdırma işi aparılmayıb. Çox yəqin ki, İranın təkcə "Aftab" yağları deyil, başqa məhsulları da insan səhhəti üçün kifayət qədər zərərlidir. Əgər İran Azərbaycan Respublikasına göndərdiyi məhsulların hamısı "Aftab" günəbaxan yağları kimi zəhərlidirsə, vay bizim halımıza. Belə görünür ki, fars-molla rejimi müxtəlif adlar altında zəhərli ərzaq və narkotika ixracıyla Azərbaycan xalqının genefondunun məhvi istiqamətində də gizli planlar həyata keçirir.Rəsul xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar