SON XƏBƏRLƏR

İran Rusiyanı S-300 raket sistemini İrana təhvil verməyə çağırıb

2021.10.20, 07:36
İran Rusiyanı S-300 raket sistemini İrana təhvil verməyə çağırıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın müdafiə naziri Əhməd Vəhidi noyabrın 11-də jurnalistlərə açıqlamasında Rusiyanı İsrailin təzyiqlərinə boyun əyməməyə və iki ölkə arasında imzalanmış müqavilədə göstərilən S-300 raket sistemini İrana təhvil verməyə çağırıb. S-300 raket sistemi hava hücumundan müdafiə üçündür. Bununla bağlı Rusiya ilə İran arasında 800 milyon dollar dəyərində olan müqavilə iki il əvvəl imzalanıb. “Media forum” saytının məlumatına görə, Ə.Vəhidi Rusiyanı həmin müqaviləyə əməl etməyə çağırıb: “İnanmıram ki, Rusiya dünyada etibarsız bir tərəfdaş kimi tanınmaq istəsin. Əgər ruslar da bizim kimi fikirləşirlərsə, onda sionistlərin təzyiqlərindən təsirlənməməli, bizimlə bağladıqları müqaviləyə əməl etməlidirlər”. Noyabrın 8-də İran parlamentinin milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Bürucerdi jurnalistlərə açıqlamasında Rusiya ilə İranın nüvə sahəsindəki geniş münasibətlərinə toxunaraq Moskvanı vədlərinin üstündə durmamaqda və qarşılıqlı öhdəlikləri pozmaqda günahlandırmışdı: “Əgər S-300 raket sistemi ilə bağlı gedən söz-söhbət Rusiyanın rəsmi mövqeyi olsa, onda bu onların növbəti dəfə əhdi pozması anlamına gələcək. Bu məsələ köhnə bir macəranın təkrarı deməkdir. Vəziyyətin belə davam etməsi ruslara ziyan olacaq. Bizim onlarla müxtəlif sahələrdə geniş əməkdaşlığımız var. Verdikləri sözün üstündə durmasalar və müzakirələrin nəticəsiz qalmasına səbəb olsalar, iki ölkə arasındakı münasibətlərə çox mənfi təsir göstərəcək”.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar