SON XƏBƏRLƏR

İran dəmir yolu layihəsi üçün Ermənistana 400 milyon dollar pul ayıracaq

2021.10.20, 07:36
İran dəmir yolu layihəsi üçün Ermənistana 400 milyon dollar pul ayıracaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran İslam Respublikası ilə Ermənistanın müxtəlif yönlü əlaqələri gündən günə genişlənməkdədir. Hazırda İran-Ermənistan dəmir yolu xəttinin inşası və layihənin maliyyələşdirilməsi üçün lazımi təşkilatlara danışıqlar gedir. Ermənistanın nəqliyyat naziri Qurqen Saqsyanın sözlərinə görə, Asiya Bankının proqramına əsasən dəmir yolunun iqtisadi-texniki tədqiqatının həyata keçirilməsi nəzərdən keçirilir. Məhz bu mərhələdən sonra layihənin tikinti ilə bağlı olan hissəsinə start veriləcək. Nazir Asiya Bankının növbəti ildə də yardım edəcəyinə ümid etdiyi söyləyib. Eyni zamanda o bildirib ki, İran tərəfi layihənin Ermənistan hissəsindəki tikinti işlərinə 400 milyon dollar ayırmağa hazırdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar